Icma.az
close
up
RU
SEPAH ın Avropa İttifaqında terror təşkilatı kimi tanınması nə vəd edir? Ekspertdən AÇIQLAMA

SEPAH ın Avropa İttifaqında terror təşkilatı kimi tanınması nə vəd edir? Ekspertdən AÇIQLAMA

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas özünün “X” sosial şəbəkə hesabında Avropa İttifaqının xarici işlər nazirlərinin SEPAH-ın Avropanın terror təşkilatları siyahısına daxil edilməsi ilə bağlı razılığa gəldikləri barədə paylaşım edib. O, paylaşımında qeyd edir ki, Avropa İttifaqının xarici işlər nazirləri SEPAH-ı terror təşkilatı kimi tanımaqla həlledici addım atıblar. Bunu isə İranda hökumət əleyhinə keçirilən son aksiyalar zamanı baş vermiş çoxsaylı insan tələfatı ilə əsaslandırıb.

İranın təhlükəsizlik strukturlarından biri olan SEPAH-ın Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınması hansı siyasi və diplomatik nəticələrə gətirib çıxara bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert, polkovnik Seymur Şeydayev bildirdi ki, bu bəyanatdan sonra Avropa Parlamentinin sədri Roberta Metsola da Avropa Parlamentinin üzvlərini SEPAH-ın terror təşkilatı kimi elan olunmasına çağırıb:

"Bu paylaşımlardan sonra İran parlamenti də Avropa İttifaqı ölkələrinin silahlı qüvvələrini terrorçu kimi tanıdı. İran bu addımı Avropa İttifaqının SEPAH-ı terror təşkilatı kimi tanımasına cavab olaraq atıb və bundan sonra baş verəcək bütün məsuliyyəti Avropa İttifaqının və Avropa Parlamentinin üzərinə qoyub. Bir ölkənin təhlükəsizlik orqanını terror təşkilatı kimi adlandırmaq və tanımaq, məntiqi baxımdan birbaşa həmin dövlətin özünü terrorçu dövlət kimi tanımağa gətirib çıxarır. Bu isə diplomatik sahədə çox böyük gərginlik yarada bilər. Məhz buna görə də Böyük Britaniyanın “The Times” qəzeti öz mənbələrinə istinadən belə bir məlumat yayıb ki, Böyük Britaniya hökuməti SEPAH-ın qadağan olunmuş təşkilatlar siyahısına əlavə edilməsini nəzərdə tutan qanun layihəsi hazırlamağı planlaşdırır. Amma bu məlumata görə, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi və Böyük Britaniyanın Xarici Kəşfiyyatı (Mİ-6) hökumətin bu addımını dəstəkləmir. Onların fikrincə, bu addım London və Tehran arasındakı diplomatik əlaqələrə mənfi təsir göstərəcək və bu qiymətləndirmə kifayət qədər əsaslıdır. Çünki SEPAH sıradan bir təşkilat deyil, bir dövlətin təhlükəsizlik orqanıdır. SEPAH haqqında qısa məlumat vermək istərdim. SEPAH İran İnqilab Keşikçiləri Ordusu adlanır. Fars dilində bu ad “Sepah-e Pasdaran-e Enghelab-e Eslami” kimi səslənir".

Ekspert əlavə etdi ki, SEPAH 1979-cu ildə İran İslam İnqilabından sonra Ruhullah Xomeyninin şəxsi təşəbbüsü və fikri ilə yaradılıb:

"Bu qurumun əsas vəzifələri İran Konstitusiyasına uyğun olaraq daxili sabitliyin təmin edilməsi, inqilabın qorunması və “azğınlığın” qarşısının alınmasıdır. SEPAH-ın şəxsi heyəti təxminən 125 min nəfərdir. Bu ordunun tərkibinə quru qoşunları, dəniz qüvvələri, hava qüvvələri, Qüds qüvvələri və BƏSİC qüvvələri daxildir. Son illərdə SEPAH milyardlarla dollarlıq iş imperiyası formalaşdırıb. Hətta qeyd etmək lazımdır ki, İran Milli Neft Şirkəti və "İmam Rza" fondundan sonra SEPAH İranın üçüncü ən varlı təşkilatı hesab olunur. Göründüyü kimi, dövlətin təhlükəsizlik qurumu olduqca böyük maliyyə resurslarına malikdir. SEPAH-ın öz media orqanı da mövcuddur - “Sepah News”. Bu qurum birbaşa dini liderə tabedir və onun verdiyi bütün göstərişləri icra edir".

Seymur Şeydayevin sözlərinə görə, SEPAH-ın dəniz qüvvələrinə Fars körfəzində hərəkətə nəzarəti təmin etmək vəzifəsi verilib:

"Qüds qüvvələri isə yalnız xaricdə fəaliyyət göstərir və onların şəxsi heyəti təxminən 2000-5000 nəfər arasında dəyişir. Hava qüvvələri daha çox strateji raket qoşunları kimi tanınır. Dəniz qüvvələrinin isə təxminən 20 min nəfərə yaxın şəxsi heyəti və 1500-ə yaxın döyüş gəmisi mövcuddur. Göründüyü kimi, söhbət çox böyük və rəsmi bir dövlət qurumundan gedir. Belə bir dövlət qurumunu, yəni İranın təhlükəsizlik strukturunu terror təşkilatı kimi tanımaq İran-Avropa münasibətlərinə ciddi mənfi təsir göstərə bilər. Başqa sözlə desək, bir ölkənin təhlükəsizlik orqanını terror təşkilatı kimi tanımaq, məntiqi nəticə etibarilə həmin dövləti terrorçu dövlət kimi qəbul etməyə gətirib çıxarır".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Fevral 2026 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see616

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see144

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see141

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see139

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri