Avstraliyada SEPAH ın terror təşkilatı kimi tanınması üçün qanun layihəsi təqdim edildi
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avstraliyanın baş prokuroru Mişel Rouland parlamentin Nümayəndələr Palatasına İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınmasına icazə verən qanun layihəsini təqdim edib.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Qanun layihəsi Avstraliya Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin SEPAH-ın ölkə ərazisində ən azı iki antisemit hücumda iştirak etdiyini göstərən sübutlara cavab olaraq hazırlanıb.
Yeni qanun layihəsinə əsasən, hökumət xarici dövlət qurumlarını da rəsmi olaraq terror təşkilatları siyahısına daxil edə biləcək. Bu isə əvvəllər mövcud hüquqi çərçivə daxilində mümkün deyildi.
"Terrorçuluğa sponsorluq edən dövlətlərin fəaliyyətləri Avstraliya üçün xüsusi təhlükəsizlik riskləri və xarici siyasət baxımından mühüm narahatlıqlar yaradır. Bu səbəbdən belə halların qarşısını almaq üçün güclü hüquqi mexanizmlərə ehtiyac var", - deyə Rouland qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 08 Oktyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















