Icma.az
close
up
RU
Bu, “Azərişıq”ın əsas hədəflərindəndir Ekspertdən AÇIQLAMA

Bu, “Azərişıq”ın əsas hədəflərindəndir Ekspertdən AÇIQLAMA

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın enerji sektorunda texnoloji inkişafı təşviq etməklə, beynəlxalq enerji bazarlarında daha geniş iştirak imkanı yaradan innovativ enerji layihələrinin reallaşdırılması beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıqdan irəli gəlir.

Bunu Modern.az-a açıqlamasında iqtisadçı ekspert Yalçın Köçərli deyib. 

Onun sözlərinə görə, hal-hazırda təbii yanacaq ehtiyatlarının azalması, enerji qiymətlərinin dəyişkən olması, dünya ölkələrinin siyasi, iqtisadi və enerji mənbələri uğrunda maraqlarının toqquşması enerji təhlükəsizliyini təmin etmək üçün dayanıqlı strategiyanın müəyyənləşdirməsini zəruri edir.

"Enerji təhlükəsizliyinin təmin edilməsində əhali və qeyri-əhali qruplarının enerji daşıyıcıları ilə etibarlı təminatı, enerji növlərinin şaxələndirilməsi, mövcud enerji resurslarından səmərəli istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir. 

Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının tövsiyyələrinə əsaslanmaqla “Azərişıq” ASC tərəfindən enerji resurslarından səmərəli istifadə edilməsi, biznes mühitinin müxtəlif sahələrinin tənzimlənməsi çərçivəsində elektrik təchizatının təkmilləşdirilməsi ölkəmizin dayanıqlı enerji siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.

2024-cü ilin oktyabr ayının 1-nə olan rəsmi məlumatlara əsasən, ölkədə elektrik enerjisi üzrə əhali qrupuna aid istehlakçıların sayı 2790344 nəfər, qeyri-əhali qrupuna aid istehlakçıların sayı (Naxçıvan MR istisna olmaqla) 188877 nəfər təşkil etmişdir. Əhali və qeyri-əhali qruplarına aid istehlakçıların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təmin etmək üçün "ASAN xidmət",  "ASAN Kommunal",  kiçik və orta biznes evlərinə və ya elektron hökumət portalı vasitəsilə müraciət edə bilərlər. “Azərişıq” ASC-də  istehlakçı məmnunluğunun təmin edilməsi istiqamətində  müraciət və  sorğulara operativ cavab verilməsi “Vətəndaş müraciətləri haqqında”, o cümlədən “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Qanunlar rəhbər tutulmaqla həyata keçirilir. Əsas məqsəd əhali və qeyri-əhali qruplarının müraciətlərinin operativ cavablandırılması, mübahisəli məsələlərin araşdırılması və həlli istiqamətində istehlakçı məmnununluğunun təmin edilməsindən ibarətdir. Ölkənin enerji təhlükəsizliyinin təminatının əsas vasitəsi kimi enerji resurslarından səmərəli istifadənin təmin edilməsilə enerji effektivliyinin artırılması, energetika subyektlərinin və enerji istehlakçılarının maraqları arasında balansın təmin olunması “Azərişıq” ASC-nin əsas hədəflərindəndir.

İstehlakçıların tikinti obyektlərinin qoşulduqları energetika şəbəkəsindən asılı olaraq məişət istehlakçıları üçün sayğaclar “Azərişıq” ASC-nin əməkdaşlarının iştirakı ilə sistem operatorunun vəsaiti hesabına, qeyri-məişət istehlakçıları üçün isə qeyri-məişət istehlakçısının öz vəsaiti hesabına müvafiq sistem operatoru tərəfindən təchiz edilir, quraşdırılır və dəyişdirilir. Enerji istehlakçılarının istifadə etdiyi avadanlıq və cihazların texniki tənzimləmə sahəsində texniki reqlamentlərə uyğunluğu cəmiyyətin əməkdaşları tərəfindən yoxlanılmalıdir. Əhali qrupuna aid müəyyən istehlakçılar “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmayan sertifikatlaşdırılmayan məhsul və qurğulardan istifadə edirlər ki, bu da elektrik təchizatı sahəsində qəza hallarına gətirib çıxarır. Elektrik təchizatı şəbəkələrinə qoşulma zamanı “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən, o cümlədən bu sahədə media tərəfindən maarifləndirici təbliğat işlərinin həyata keçirilməsi perspektivdə qəzaların minimal həddə enməsinə səbəb ola bilər"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Dekabr 2024 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see268

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see243

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see235

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see232

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see226

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see208

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see205

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see200

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see195

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see189

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see186

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see184

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see178

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see176

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see171

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see163

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see158

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see156

UEFA Millətlər Liqası: Türkiyə ardıcıl üçüncü oyunda məğlub olub

03 Oktyabr 2026 00:46see156

Real Madrid onun üçün 200 milyon ödəyəcək?

03 Oktyabr 2026 00:00see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri