SEPAHın Suriyadakı daha bir bazası ələ keçirildi
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) Suriyada daha bir bazasından məhrum olub.
Axar.az xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
Məlumata görə, SEPAH-ın Xan Şeyxundakı hərbi bazası “Təhrir Əş-Şam” silahlıları tərəfindən ələ keçirilib.
Qeyd edək ki, dünən SEPAH-ın Sərakib şəhərindəki bazasını da itirdiyi məlum olub.

