Icma.az
close
up
RU
Separatçıların 2 sentyabr hazırlığı Bakıdan sərt xəbərdarlıq

Separatçıların 2 sentyabr hazırlığı Bakıdan sərt xəbərdarlıq

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Paşinyan sülhə qarşı mitinqə icazə verəcək?

2023-cü ildə keçirilən antiterror əməliyyatı ilə süqut etmiş “artsax” adlı qondarma qurum Ermənistanda fəaliyyətini davam etdirir. Separatçıların oyuncaq “dövlət naziri” Njde İskəndəryan vətəndaşları sentyabrın 2-də keçiriləcək mitinqə dəvət edib.

“2 sentyabr xalqımızın müasir tarixinin ən mühüm səhifələrindən biridir: bu, ”artsax" xalqının güclü iradə və sarsılmaz ruhla öz müstəqilliyini - azad və ləyaqətlə yaşamaq üçün ayrılmaz hüququnu elan etdiyi gündür".

O deyib: “Bu gün bir çoxumuz müxtəlif şəhərlərə və ölkələrə səpələnmiş olduğumuz zaman, biz həmişəkindən daha çox xatırlamalıyıq ki, ”artsax" sadəcə bir ərazi deyil, bizim şəxsiyyətimiz, tariximiz və əvəzolunmaz dəyərimizdir. Sentyabrın 2-də gəlin bir araya gələk, səsimizi ucaldaq, tariximizi unutmadığımızı, haqqımızdan əl çəkmədiyimizi, gələcək üçün mübarizə apardığımızı göstərək", - deyə mitinqə çağırış edib.

Həmçinin Daşnaksütyun partiyasının lideri İşxan Saqatelyan da sentyabrın 2-də İrəvanın Azadlıq meydanında keçiriləcək mitinqə hamını dəvət edib. “Artsaxın müstəqillik gününə həsr olunmuş mitinq keçiriləcək. Bu gün illərdir ki, erməni xalqının mübarizə və qələbə simvolu kimi qeyd olunur. ”Artsax" məsələsi həll olunmayıb. Azadlıq meydanında onlar “artsax” sakinlərinin öz vətənlərinə qayıtmaq hüququndan, məhbusların qaytarılmasından, ümumiyyətlə, hazırkı hakimiyyətin güc təhdidi altında xalqın adından xəyanətkarcasına sənədlər imzalamağa haqqı olmadığından danışacaqlar. Xalqın kollektiv hüquqları var ki, onlar qorunmalıdır", - o deyib.

Saqatelyanın sözlərinə görə, hakimiyyətin “artsax məsələsi”ni qapanmış kimi təqdim etmək cəhdləri özünü aldatmadır: “Xalqımız bununla razılaşmır, çünki 2023-cü ildə Azərbaycan tərəfindən həyata keçirilən soyqırımı və etnik təmizləmə nəticəsində insanlar öz vətənlərinin bir hissəsindən məhrum ediliblər və bundan sonra məsələnin bağlandığını söyləmək yolverilməzdir”.

Saqatelyan mitinqin əsas mövzularından birinin “hərbi əsirlərin problemi” olacağını vurğulayıb. “Hakimiyyətin qondarma sülh bəyanatlarına baxmayaraq, soydaşlarımız Bakı həbsxanalarında qalmaqda davam edir, Azərbaycan qoşunları isə suveren Ermənistan ərazisindədir. Mitinq zamanı bu tələblər və mövqelər aydın şəkildə ifadə olunacaq”.

Göründüyü kimi, sülhə qarşı pozuculuq fəaliyyəti göstərənlər hələ də cəfəng fikirlər səsləndirir, mitinqə çağırırlar. Bakı və İrəvan 8 avqustda sülh mətnini paraflayıb. Faktiki, saziş imzalanıb. Paşinyan Qarabağın Azərbaycana aid olduğunu təsdiq edib və bu günlərdə brifinqdə deyib ki, “Qarabağ hərəkatı”na imkan verməyəcək.

O zaman separatçıların və revanşist-radikal qüvvələrin 2 sentyabr hərəkətinə - mitinqə şərait yaradacaqmı?

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, ermənilər bu cür təxribatları bundan sonra fasiləsiz olaraq edəcəklər. Çünki bu cür təxribatlar ermənilərin bədbəxt mübarizə formasıdır: “Bunlar illər boyu qətliamlar, cinayətlər törədirlər və nəhayət, onun cəzasını alandan sonra bütün dünyada başlayırlar özlərini yazıq, əzilən toplum kimi göstərməyə. Necə ki, 100 ildən artıqdır dünyaya şivən salıb Türkiyəni ermənilərə qarşı guya soyqırım törətməkdə şərləuirlər, bundan sonrakı yüz ildə də yəqin ki Azərbaycanı guya onlara qarşı ”soyqırım", “etnik təmizləmə”də ittiham edib dünyanı aldatmağa çalışacaqlar. Ermənilər Qarabağdan könüllü köçüb getdilər və bu hadisə dünyanın gözü qarşısında baş verdi. Bu köç zamanı bir nəfər də olsun erməni ölmədi, yaralanmadı. Bu da bütün dünyaya bəllidir. Belə olduğu halda ənənəvi erməni xisləti ilə “bizə qarşı soyqırım həyata keçirilib” vay-şivəni gülüncdür. Ermənilərin bir xeylisi yüz il öncə necə yanlış yoldaydılarsa, indi də eyni yanlış yola davam edirlər. İçərilərində az sayda normal düşüncəli adamlar var. Nikol Paşinyan və bu cür düşünənlər açıq deyirlər ki, yüz ildən artıqdır “soyqırım” hay-küyü ermənilərə, Ermənistana heç nə verməyib və bundan sonra da verməyəcək".

Partiya sədri vurğuladı ki, köhnə ənənəvi xəstə erməni xəttinə indi də Qarabağ ermənilərinin guya “soyıqırım” edildiyi uydurmalarını əlavə edirlər: “Ermənistanda bu xətti Daşnaksütyun, Robert Köçəryan, Serj Sərkisyan və onların əlaltıları kimi Qarabağdan köçmüş tör-töküntülər aparırlar və aparacaqlar. Digər xətt isə Nikol Paşinyanın apardığı xətdir. Paşinyanın apardığı xəttin güclənmə ehtimalı çoxdur. Çünki artıq ermənilərin də içərisində başa düşənlər var ki, ənənəvi zərərli xətt onlara xeyir gətirəsi deyil. Ona görə də Paşinyanın göstərdiyi yolla, xəttlə getsələr, bəlkə, onda Ermənistanın gələcəyi ola bilər. Mitinqə icazə verilib-verilməyəcəyinə gəlincə, ola bilər ki, Paşinyan demokrat olduğunu nümayiş etdirmək üçün 2 sentyabrda mitinqə imkan verəcək. Mitinqə icazə verilsə belə, onun heç bir nəticəsi olası deyil. Bir qrup başıpozuq erməni yığışıb çığır-bağır salıb dağılışacaq. Onların tərəfdarları getdikcə azalır. Mitinq olsa, bu bir daha görünəcək. Mənasız, perspektivsiz fəaliyyətə ciddi bir xalq dəstəyinin olacağı gözlənilmir. 2 sentyabrda nəzərdə tuutlan mitinq baş tutsa da, bu, sülh prosesinə təsir eləməyəcək. Çünki kiçik qruplardır və sosial bazaları yoxdur”.

A.Nağı dedi ki, Rusiya həmin ağılsız revanşist qüvvələrdən istifadə etməyə, oların aksiyalarını körükləməyə çalışacaq. Amma yenə də ciddi nəticə olmayacaq: “2 sentyabrda keçiriləcək mitinqin geniş və davamlı vüsət alan aksiyalara çevrilməsi mümkün deyil”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 30 Avqust 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri