Icma.az
close
up
RU
Şər atıblar Döyüldüyü iddia olunan birinci katib

Şər atıblar Döyüldüyü iddia olunan birinci katib

Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Yunanıstandakı Səfirliyində birinci katib vəzifəsində çalışmış Rəhman Şahhüseynli səfir Arif Məmmədovun onu döyməsi ilə bağlı xəbəri "əsassız" adlandırıb.

 Açıqlama verən R.Şahhüseynli işdən çıxarılmasına səbəb kimi ailəvi məsələləri göstərib:

"Səfir Arif Məmmədovla aramızda ən kiçik mübahisə belə olmamışdı. Daim qarşılıqlı hörmət və işgüzar münasibət içində Dövlətimiz üçün birgə çalışmışıq. Yerdə qalanlar isə artıq xırda, mənasız detallardır. Bilənlər bilir, bilməyənlər üçün yazım ki, bütün məsələlərin kökündə bu balaca, dəcəl bala dayanır. Necə deyərlər, “dava, yorğan (uşaq) davasıdır. Keçmiş yoldaşımdan rəsmi ayrıldıqdan sonra, bu balaca “atamla yaşamaq istəyirəm” deyə gəlib qayıtmırdı. Hər dəfəsində bir təhər yola gətirib geri göndərirdim. Sonuncu dəfə 2021-ci ildə gəldi ki, “mən heç vaxt qayıtmayacam.” Gəlişinin bədəlini ata ödəməlı oldu... Oğulun dirəşib qayıtmaması ataya “inzibati xəta” hesab olundu. Buna görə işdən tənbeh aldım. Dolayısıyla, övladıma sahib çıxdığıma görə aldığım bu tənbehi, iş həyatım boyuca aldığım tək və yeganə tənbeh olmaqla, ən şərəfli “töhmət” hesab edirəm".

Müsahibimiz keçmiş qohumları, iş yoldaşları tərəfindən ittiham olunduğunu qeyd edib:

"İllərdir ki, keçmiş qohumlar XİN-ə və digər qurumlara dayanmadan yazır, işimi, karyeramı hədəf alırdılar. Uşaqla bağlı məsələlərdən məsul olan bəzi şər qüvvələr və işdəki qısqanclar da keçmiş qohumlara qoşulub şər-böhtan və “danos yarışına” girincə, XİN-ə çağrıldım, izahatımı yazdım və rəhbərliyin istənilən qərarına hörmətlə yanaşacağımı bildirdim. Rəhbərlik də öz növbəsində, dövlət qurumunun nüfuzuna yersiz xələl gəlməməsi üçün müvafiq qərarını verdi. Hörmətlə yanaşmaq lazımdır. Tam o ərəfədə, ötən ilin sentyabrında məhkəmə qətnaməsi ilə uşaq mənim himayəmə verildi. Beləcə, daha böyük vəzifəyə layiq görülmüş oldum — Atalıq vəzifəsi! Allah bütün balaları qorusun. Hər şey balalara qurban!".

Xatırladaq ki, R.Şahhüseynli 2019-cu ildə 1-ci katib vəzifəsi ilə XİN-də diplomatik xidmətə başlayıb. 2023-cü ildə Azərbaycan Respublikasının Yunanıstandakı Səfirliyində 1-ci katib vəzifəsinə təyin olunub. Mətbuatda iddia olunub ki, səfir Arif Məmmədov və yaxın dostu, ikinci katib Qafqaz Aslansoy birlikdə birinci katibi döyüblər və bundan sonra o, işdən kənarlaşdırılıb.

Qeyd edək ki, səfirliyin sabiq 1-ci katibi hazırda, elmi-pedoqoji fəaliyyətlə məşğuldur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://pravda.az
archiveBu xəbər 30 Yanvar 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see143

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see140

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see140

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see140

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see137

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see132

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see130

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see128

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see127

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see125

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see123

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see122

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see120

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see119

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see114

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see113

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see112

Kikboksçuların iştirakı ilə Ulu Öndərə həsr olunmuş xatirə turniri keçirilir FOTOLAR

13 Aprel 2025 14:13see111

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see110

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri