Sərbəst güləşçilər arasında qaliblər açıqlandı FOTO
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı davam etməkdədir.
Milli.Az xəbər verir ki, növbəti yarış günündə sərbəst güləş üzrə 57, 65, 74, 86 və 97 kq çəki dərəcələrində qaliblər və mükafatçılar müəyyən olunub.
57 kq-da İslam Bazarqanov final görüşündə Vasif Bağırovu məğlub edərək Azərbaycan çempionu adını qazanıb. Məhəmməd İsmayılov və Elman Ağayev isə bürünc medallara layiq görülüblər.
65 kq çəki dərəcəsində Rəşid Babazadə finalda Musa Ağayevi üstələyərək ölkə çempionu olub. Bu çəkidə bürünc medalları Əli Rəhimzadə və Murad Haqverdiyev əldə ediblər.
74 kq-da Turan Bayramov final qarşılaşmasında Ağanəzər Novruzovu məğlub edərək çempionluğa yüksəlib. Bürünc medallar Nurlan Ağazadə və Musa Verdiyevə nəsib olub.
86 kq-da Arseniy Djioyev həlledici görüşdə Orxan Abasovdan üstün olub. Bürünc mükafatlar Əşrəf Aşırov və Nəsib İsayevə qismət olub.
97 kq çəki dərəcəsində isə Maqomedxan Maqomedov finalda Osman Nurmaqomedovu məğlub edərək Azərbaycan çempionu adına sahib çıxıb. Zəfər Əliyev və Abdulcəlil Şabanov bürünc medallarla kifayətləniblər.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 10 Yanvar 2026 23:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















