Serbiya nümayəndə heyəti Azərbaycanda səfərdə olub
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan və Serbiya respublikaları Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, bu ölkənin Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizə səfər edib.
Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda keçirilmiş görüş zamanı nümayəndə heyətinə 44 günlük Vətən müharibəsi zamanı qazanılan təcrübədən bəhs edən "Münaqişənin geosiyasi aspektləri" mövzusunda brifinq təqdim olunub. Sonra Azərbaycan Ordusunun hərbi təhsil sistemi və tədris prosesi barədə geniş məlumat verilib.
Görüşdə həmçinin tərəflər hər iki ölkənin hərbi təhsil sistemi, təhsil müəssisələrinin fəaliyyətləri və bu sahədə tətbiq olunan müasir yanaşmalar barədə qabaqcıl təcrübələrdən danışıb, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparıblar.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 22 İyul 2026 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















