Serbiya rəsmiləri səhvən anti Rusiya qətnaməsinin lehinə səs veriblər
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Serbiyanın BMT Baş Assambleyasındakı nümayəndə heyəti səhvən Qərbin Ukrayna ilə bağlı qətnaməsinin lehinə səs verib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandar Vuçiç “Happy TV” televiziya kanalında deyib.
“Hesab edirəm ki, Serbiya bu gün səhv etdi. Buna görə, Serbiya vətəndaşlarından üzr istəyirəm və məsuliyyəti öz üzərimə götürürəm. Serbiya bitərəf qalmalı idi. Özümdən başqa heç kimi günahkar bilmirəm. Çünki bu məsələyə kifayət qədər diqqət yetirməmişəm”, - deyə siyasətçi bildirib.
O qeyd edib ki, respublikanın nümayəndə heyəti ABŞ-nin qətnaməsinə səs verməyib və Avropa qətnaməsi ilə bağlı məsələdə də səs verməməli idi. Vuçiçin sözlərinə görə, Serbiya nümayəndə heyəti bununla Ukraynanın ərazi bütövlüyünə sadiqliyini təsdiqlədiyini izah edib.
Qeyd edək ki, fevralın 24-də BMT Ukrayna ilə bağlı Rusiya əleyhinə qətnamə qəbul edib. Onu 93 ölkə dəstəkləyib. 18 ölkə əleyhinə səs verib, daha 65 ölkə bitərəf qalıb. Anti-Rusiya qətnaməsini Ukrayna 50-dən çox ölkə ilə birgə hazırlayıb. Onların arasında ənənəvi olaraq: Böyük Britaniya, Fransa, Almaniya, Kanada, İsveçrə, Polşa, Baltikyanı ölkələr və s. var. ABŞ “Sülhə gedən yol” adlı öz neytral sənədini təklif edərək, qətnamə layihəsinin həmmüəllifliyindən imtina edib. Orada Amerika tərəfi Ukraynada münaqişənin başlamasında Rusiyanı ittiham etməyib.
Bu mövzuda digər xəbərlər:Serbiya BMT də anti Rusiya qətnaməsinə verdiyi səsi geri götürüb
12 Mart 2025 19:32
Serbiya klubunun rəsmiləri Olavio Juninyonun Lionla görüşünü izləyəcəklər
28 Noyabr 2024 17:13
Rusiya Serbiya prezidentinin üzrünü qəbul edib Kreml
25 Fevral 2025 13:52
Serbiya və Rusiya prezidentləri sabah danışıqlar aparacaq
06 Mart 2025 21:05
Almaniyada Sosial Demokrat Partiyasının üzvləri koalisiya müqaviləsinin lehinə səs veriblər
30 Aprel 2025 20:30
Baxış sayı:103
Bu xəbər 25 Fevral 2025 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















