Icma.az
close
up
RU
Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə elmi sessiya keçirilib

Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə elmi sessiya keçirilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 2 may, AZƏRTAC

Mayın 2-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə elmi sessiya keçilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə elmi müəssisənin direktoru professor Nadir Məmmədli dahi bəstəkarın həyat yolundan, zəngin yaradıcılığı və elmi irsindən danışıb, onun milli musiqimizin inkişafında mühüm xidmətlərindən bəhs edib. Bildirib ki, Üzeyir Hacıbəyli XX əsrin publisisti, opera sənətinin banısı və klassik yaradıcısı, musiqi nəzəriyyəçisi, görkəmli bəstəkar, ədib və lüğətçi kimi tanınıb.

Nadir Məmmədli qeyd edib ki, ana dilinin məktəblərdə tədrisini irəli sürən Üzeyir Hacıbəyli bununla bağlı ardıcıl şəkildə üç məqalə yazıb. Bu məqalələr “Hansı vasitələr ilə dilimizi öyrənib kəsbi-maarif etməliyik” sərlövhəsi altında “İrşad” qəzetinin 1906-cı il 15, 16, və 20 fevral tarixli nömrələrində dərc edilib. Bu məqalələrdə Üzeyir bəy ana dili haqqında çox qiymətli fikirlər irəli sürüb. Ədib ana dilini bilməyənləri istehza ilə “zavallı” adlandırır və bu qisim insanlara ana dilini öyrənmək üçün yollar göstərir.

Sessiyada professor Sayalı Sadıqovanın “Ü.Hacıbəylinin dilçilik görüşləri”, professor İsmayıl Kazımovun “Üzeyir Hacıbəylinin felyetonlarının dil xüsusiyyətləri”, filologiya üzrə fəlsəfə doktoru Aytən İmanovanın “Ü.Hacıbəylinin ictimai-siyasi fəaliyyəti (şəxsi arxiv materialları əsasında)” mövzularında məruzələri dinlənilib. Bildirilib ki, Üzeyir Hacıbəyli öz məqalələrində dəfələrlə ana dilimizin saflığı məsələsinə toxunub, bu dilin yad sözlərdən təmizlənməsinə, sırf Azərbaycan türkcəsi olmasına çağırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see357

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see226

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see191

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see180

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see171

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see168

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see161

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see159

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see155

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see153

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see142

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see135

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see134

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see134

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri