Serbiyadan ABŞa etiraz: “Baydenin qərarı dünya üçün təhlükədir”
Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.
“ABŞ-ın Ukraynaya Qərbin uzaqmənzilli silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirməsinə icazəsi sülh üçün təhlükədir”
“ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə Qərbin uzaqmənzilli silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirməsinə icazə verməsi dünya üçün təhlükə yaradır. Bu, sülh üçün təhlükədir”. AYNA TASS-a istinadən xəbər verir ki, bu sözləri Serbiyanın Baş nazirinin müavini Aleksandr Vulin deyib.
Onun sözlərinə görə, əgər bu qərar rəsmi olaraq Üçüncü Dünya müharibəsinə başlamaq üçün verilibsə, deməli, bu, “ən əlverişli vaxtda” verilib.
Qeyd edək ki, dünən ABŞ Prezidenti Co Bayden ilk dəfə olaraq Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli ATACMS raketlərinin istifadəsinə icazə verib. “The New York Times”ın həmsöhbətlərinin bildirdiyinə görə, bu qərar Rusiyanın Kursk bölgəsində hərbi əməliyyatlarda iştirak etmək üçün Şimali Koreyadan qoşun cəlb etməsi fonunda qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 18 Noyabr 2024 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















