Icma.az
close
up
RU
Sərdar Berdiməhəmmədov: Türkmənistan Azərbaycanla əməkdaşlığa sadiqdir

Sərdar Berdiməhəmmədov: Türkmənistan Azərbaycanla əməkdaşlığa sadiqdir

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Türkmənistan qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiqdir.

"Report" xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan mədəniyyət naziri Adil Kərimlini qəbul edərkən deyib.

Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamalarını çatdırmağı xahiş edib. Dövlət başçısı Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində keçiriləcək tədbirlərin ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib, Azərbaycan nümayəndə heyətinə uğurlar arzulayıb.

Nazir Adil Kərimli qeyd edib ki, Azərbaycan qardaş Türkmənistanla münasibətlərin inkişafına xüsusi önəm verir. O, fürsətdən istifadə edərək Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və ən xoş arzularını dövlət başçısına, eləcə də türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova çatdırıb.

Adil Kərimli qarşılıqlı mədəniyyət günlərinin iki ölkə arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayaraq Türkmənistanda səfərdə olmaqdan məmnunluğunu ifadə edib.

Görüş zamanı qeyd olunub ki, Türkmənistan ilə Azərbaycan arasında əməkdaşlıq siyasi-diplomatik, ticarət-iqtisadi, mədəni-humanitar istiqamətlərdə dinamik inkişaf edir. Son illərdə dövlət və hökumət səviyyəsində keçirilən müntəzəm görüşlər və qarşılıqlı səfərlər nəticəsində tərəfdaşlıq münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlib.

İkitərəfli gündəlikdə mədəni-humanitar əməkdaşlığın xüsusi yer tutduğu vurğulanıb. Bu baxımdan mədəniyyətin müxtəlif sahələri üzrə təcrübə mübadiləsinə imkan yaradan birgə tədbirlərin əhəmiyyəti qeyd edilib.

Dövlət başçısı ötən ilin oktyabr ayında Azərbaycanda Türkmənistan Mədəniyyəti Günlərinin uğurla keçirildiyini xatırladaraq bildirib ki, bu cür mədəni əlaqələr xalqlarımızın daha da yaxınlaşmasına və dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.

Prezident Sərdar Berdiməhəmmədov deyib: "Bu xoş ənənənin davamı olaraq cari ildə Azərbaycan Mədəniyyəti Günləri Türkmənistanda – Aşqabad və Arkadağ şəhərlərində keçirilir. Ölkəmiz Azərbaycanın mədəniyyət və incəsənət xadimlərindən ibarət geniş nümayəndə heyətini böyük məmnuniyyətlə qarşılayır".

Dövlət başçısı qeyd edib ki, mədəniyyət günləri çərçivəsində konsertlər və digər tədbirlərlə yanaşı, Dövlətməmmət Azadi, Seyid Əzim Şirvani, Məhtimqulu Fəraqi və Molla Pənah Vaqif kimi böyük şair və mütəfəkkirlərin yaradıcılığına həsr olunmuş elmi konfransların keçirilməsi də xüsusi əhəmiyyət daşıyır.

Prezident Sərdar Berdiməhəmmədov ortaq tarixi-mədəni irsin dövlətlərarası dialoqun daha da dərinləşməsi üçün möhkəm zəmin yaratdığına əminliyini ifadə edərək Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını vurğulayıb.

Görüşün sonunda Prezident Sərdar Berdiməhəmmədov və Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli mədəni-humanitar əməkdaşlığın Türkmənistan-Azərbaycan münasibətlərinin ayrılmaz hissəsi olduğunu qeyd edərək bu əlaqələrin bundan sonra da iki qardaş xalqın rifahı naminə inkişaf edəcəyinə əminliklərini bildirib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 İyun 2026 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri