Icma.az
close
up
RU
Şərəf və qürur tariximiz

Şərəf və qürur tariximiz

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.


Azərbaycan xalqının dövlətçilik tarixininqəhrəmanlıq və şərəf salnaməsi olan 44 günlükVətən müharibəsinin başlanmasından 5 il ötür. 2020-ci il sentyabrın 27-də Ermənistanın cəbhəxəttində törətdiyi təxribatlardan sonra başlananbu savaş ilk gündən Prezident İlham Əliyevinqətiyyətli siyasətinin, Azərbaycan SilahlıQüvvələrinin yüksək döyüş qabiliyyətinin, hərbçilərimizin vətənpərvərliyinin və xalqımızınmilli-siyasi birliyinin təntənəsinə çevrildi.

Bütün dünya Qarabağı Azərbaycan ərazisi kimitanısa da, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə Ermənistan qoşunlarının işğal olunmuşAzərbaycan ərazilərindən çıxarılması barədə 4 qətnamə qəbul edilsə də, respublikamız 30 ilə yaxınbir müddətdə ikili standartlarla və beynəlxalqədalətsizliklə üz-üzə qaldı. BMT həmin qətnamələrintələblərinin Ermənistan tərəfindən yerinə yetirilməsi iləbağlı heç bir mövqe ortaya qoymadı və yalnız tərəfləri sülhə çağıran deklorativ fikirlərlə kifayətləndi. Ocümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri dəmünaqişənin həlli istiqamətində irəliyə doğru biraddım atmadılar. 

Bütün bunlara baxmayaraq Azərbaycan xalqı torpaqlarımızın azad ediləcəyinə olan inamını itirmədi. Hələ ötən əsrin 90-cı illərində, Azərbaycanınbeynəlxalq mövqelərinin indiki qədər güclü olmadığıbir şəraitdə Ulu Öndər Heydər Əliyev danışıqlar prosesində respublikamızın haqlı mövqeyini və millimaraqlarını qətiyyətlə qorudu. 

Bu siyasəti qətiyyətlə davam etdirən Prezident İlham Əliyev respublikamıza rəhbərliyinin ilk günündən torpaqlarımızın işğaldan azad edilməsini öz fəaliyyətini başlıca prioriteti kimi müəyyənləşdirdi. 2003-cü il oktyabrın 31-də keçirilən andiçmə mərasimində etdiyi çıxışda cənab İlham Əliyev nəyin bahasına olursa olsun torpaqlarımızın işğaldan azad olunacağını bəyan etdi: 

“Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.

Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti Qarabağ probleminin sülh yolu ilə həllinə çalışdı, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesində fəal iştirak etdi. Eyni zamanda cənab İlham Əliyev hər zaman onu da açıq şəkildə bəyan etdi ki, sülh danışıqları nəticəsiz qalarsa, torpaqlarımız müharibə yolu ilə işğaldan azad olunacaq. Bu məqsədlə Silahlı Qüvvələrimizin döyüş imkanlarının artırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirildi. Prezident İlham Əliyevin müdrik siyasətinin nəticəsi olaraq respublikamızın iqtisadi yüksəlişi və maliyyə imkanlarının artması ən müasir silah və texnikaların Silahlı Qüvvələrimizin arsenalına daxil edilməsinə imkan verdi. Hələ Vətən müharibəsindən illər əvvəl keçirilən hərbi paradlar Azərbaycanda həyata keçirilən modern hərbi quruculuqdan xəbər verirdi. O cümlədən 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt əməliyyatı onu deməyə əsas verirdi ki,  Silahlı Qüvvələrimiz işğalçını döyüş meydanında məhv etməyə qadirdir.  

2018-ci ildə Ermənistanda hakimiyyətdəyişikliyindən sonra baş verən proseslər, Azərbaycanın işğal olunmuş ərazilərində xaricdənköçürülən ermənilərin məskunlaşdırılması, Qarabağdakı separatçı rejimin əməlləri, baş nazirN.Paşinyanın Qarabağın Ermənistan ərazisi olmasıbarədə səsləndirdiyi sərsəm fikir və 2020-ci ildə Ermənistanın Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində həyata keçirdiyi təxribat danışıqlarprosesinin artıq mənasız olduğunu ortaya qoydu.

Ermənistanın növbəti hərbi təxribatının nəticəsi olaraq 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin başlatdığı «dəmir yumruq» əməliyyatı ilk gündən düşmənin darmadağın edilməsi ilə nəticələndi. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə torpaqlarımızın azad edilməsi uğrunda tarixi missiyasının icrasına başlayan ordumuz düşmənin onilliklər boyu möhkəmləndirdiyi və «Ohanyan səddi» adlandırdığı bir neçə mərhələli müdafiə xəttini birinci həmlədə yardı.  Döyüşlərin ilk günü Füzuli və Cəbrayıl rayonlarının bir neçə kəndinin işğaldan azad edilməsi müharibənin Azərbaycanın zəfəri ilə başa çatacağından xəbər verirdi.

44 gün davam edən savaşda ordumuz hər günirəli getdi, hər gün torpaqlarımız işğaldan azadolundu. Elə bir döyüş olmadı ki, bölmələrimiz geriçəkilsin. Xalqımız hər gün cənab Prezident İlhamƏliyevin şəhər və rayonlarımızın azad olunmasıbarədə müjdəsini gözlədi. Müzəffər Ali BaşKomandanın televiziya vasitəsilə Cəbrayılın, Suqovuşanın, Hadrutun, Füzulinin, Zəngilanın, Qubadlının işğaldan azad olunmasını bəyan etməsixalqımız tərəfindən bayram coşqusu ilə qarşılandı. Mədəniyyətimizin baş ünvanı, Qarabağın mirvarisiŞuşanın 2020-ci il noyabrın 8-də azad olunması isə Vətən müharibəsinin gedişatında həlledici mərhələoldu. Məhz bundan sonra Ermənistanın rəhbərliyi Prezident İlham Əliyevin şərtlərini qəbul edərək, kapitulyasiya aktını imzaladı. 2020-ci il noyabr ayının 10-da imzalanan və Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin siyasi-hüquqi təsdiqi olan Üçtərəfli Bəyanata uyğun olaraq ordumuz bir güllə də atmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını da işğaldan azad etdi.

Böyük qürur hissi ilə qeyd etməliyik ki, Vətən müharibəsi günlərində yalnız xalqımız deyil, bütün dünya cənab Prezident, Müzəffər Ali Baş Komanadan İlşam Əliyevin qətiyyətli və cəsarətli siyasətinə  şahidlik etdi. Məlum olduğu kimi döyüşlərin getdiyi 44 gün ərzində və ondan sonra Ermənistanın qatı müdafiəçisi rolunda çıxış edən Fransa başqa olmaqla müxətlif siyasi mərkəzlər tərəfindən respublikamıza qarşı təzyiqlərin edilməsinə cəhdlər göstərildi, təhdidlər yağdırıldı. Hətta Fransanın təşəbbüsü ilə BMT-də Azərbaycana qarşı sənədin qəbul edilməsinə cəhd edildi. Lakin Prezident İlham Əliyev qətiyyətli siyasəti ilə bütün bu cəhdləri puça çıxardı, respublikamıza qarşı beynəlxalq səviyyədə diplomatik cəbhənin yaradılmasına imkan vermədi. O cümlədən dövlətimizin başçısı müharibə günlərində xarici KİV-ə verdiyi müsahibələrlə infomasiya savaşında da Ermənistanı və Fransanı məğlubiyyətə uğratdı. 

Heç bir müharibə qansız, qadasız ötüşmür. 44 günlük Vətən müharibəsində döyüşən bütün hərbçilərimiz öz qəhrəmanlıqları ilə vətənpərvərlik dastanları yazdılar, torpaqlarımızın azadlığı uğrunda canlarından keçdilər, şəhidlik mərtəbəsinə yüksəldilər.Xalqımız şəhidlərin ölməz xatirəsini hər zaman uca tutur, onları hər zaman ehtiramla anır. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. 

Bu günlərdə Azərbaycanın bütün bölgələrində şəhidlərimiz ehtiramla yad olunur. Hər birimiz torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəmanların əziz xatirəsi önündə baş əyirik. Torpaqlarımızın işğaldan azad olunması, o cümlədənQarabağda erməni separatizminə son qoyulması vəbütün ərazilərimiz üzərində milli suverenliyimizinbərpa edilməsi ilə həm də bütün şəhidlərimizin qisasıalındı, onların qanı yerdə qalmadı.

27 sentyabr Anım Gününü xalqımız qürurlaqarşılayır. Cənab Prezident İlham Əliyevin liderliyi ilə 2020-ci ilin məhz bu tarixindən torpaqlarımızınazadlığı uğrunda başlanan hərbi mübarizə öz məntiqisonluğuna uğurla çatıb. Artıq torpaqlarımız azaddır, ərazi bütövlüyümüz isə tam bərpa olunub. Qələbələrimizin və uğurlarımızın müəllifi olan Prezident İlham Əliyev bu gün həm də regionda sülhü bərqərar edir.

Xanlar Fətiyev

Milli Məclisin deputatı


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://missiya.az
archiveBu xəbər 27 Sentyabr 2025 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see366

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see255

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see205

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see203

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see197

Tarqovı da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı FOTO VİDEO

14 Avqust 2026 19:40see183

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see173

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see173

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see172

Lalə Məmmədova: “Öz dərdim bəsimdir”

14 Avqust 2026 14:44see170

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see168

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see166

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see165

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see165

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see164

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see163

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see163

Bu qidalar prostat xərçəngi riskini artırır

15 Avqust 2026 02:03see157

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see156

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri