Icma.az
close
up
RU
Şərəfli ölümü ilə vətənləşən Xaqani

Şərəfli ölümü ilə vətənləşən Xaqani

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

30 iyun Zəfər şəhidi Xaqani Fətiyevin doğum günüdür
İkinci Qarabağ müharibəsində Azərbaycan xalqı yenilməz, mübariz olduğunu şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarının şücaəti ilə bir daha bütün dünyaya göstərdi. 30 iyun 1989-cu ildə Cəlilabad rayonu, Adnalı kəndində dünyaya gələn Xaqani Fətiyev də həmin haqq savaşımızda Vətən torpağının azadlığı uğrunda özünü fəda edib şanlı tariximizə adını yazanların sırasında durur. Xaqani müharibə başlanan gündən döyüşlərə atılıb, son nəfəsinə qədər yağının kabusuna çevrilib. Şərəfli ölümü ilə vətənləşən Cəlilabadın qeyrətli oğlu milyonların ürəyində özünə yer etməklə bərabər, həm də dövlət tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü” və digər medallara layiq görülüb. Beş övladı da canından artıq sevdiyi Vətəninə yadigardır. Onun şəhadətindən sonra dünyaya gələn beşinci övladı şəhidin adını daşıyır.
Vətənə, millətinə məhəbbət Xaqani Hüseynəli oğlunun daxilindən, qanından, genindən gəlirdi. Müstəqil həyatına başlayanda bütün arzuların zirvəsində doğma yurdunun tərəqqisi, el-obanın xoşbəxtliyi dayanıb. Qarabağı işğal etmiş erməni faşistlərin hərəkətləri ilə heç cür barışa bilməyib. Saf vicdanı onu bir qayda olaraq Vətən torpağına dadanmış yağıdan qisas almağa səsləyib. Məhz Xəqani 2007-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarına müddətli həqiqi hərbi xidmətə yola düşəndə birinci növbədə Qarabağın azadlığını düşünüb. Cəbhə bölgəsinə düşdüyü üçün bunda qurur duyub. Məqamı çatanda xalqımıza qarşı törətdiyi vəhşiliklərə görə erməni daşnaklarla sona qədər vuruşub qisas alacağına and içib.
Əsgər Xəqani layiqli bir övlad kimi Vətən qarşısında borcunu şərəflə yerinə yetirib. Mərdliyi, cəsarəti, ağıllı hərəkətləri həmişə ona uğur qazandırıb. Əsgərlikdən üzüağ tərxis olunsa da, Vətənin çətin günündə evdə qalmağı özünə bağışlamır. Yerini əlində silah cəbhə bölgəsində görüb. Odur ki, 2014-cü ildə yenidən orduya qayıdıb. Müddətdən artıq hərbi xidmət qulluqçusu olaraq Vətən torpaqlarını düşmən hiyləsindən qoruyub. Eləcə də müharibə meydanında düşmənlə üz-üzə gələndə vaxtında onun cavabını vermək üçün hərbinin qanunlarına mükəmməl yiyələnib. Əsl hərbiçiyə məxsus xüsusiyyətlərlə zabitlərin, əsgərlərin diqqətini cəlb edib.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Xaqani Hüseynəli oğlu 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən ölüm-dirim savaşına girib. Yağıya od qoymaqla həqiqi Vətən oğlu olduğunu göstərib. Çox yerdə torpağa axıtdığı qan Azərbaycanın üçrəngli qələbə bayrağına dönüb. Xaqani son gərgin döyüşlərdə yaralı hərbiçi yoldaşını xilas edərkən qəhrəmancasına şəhid olub. Özü düşmən gülləsinə tuş gəlsə də, onun igidliyi əsgərlər arasında qələbəyə ruh yüksəkliyi yaradıb, Vətənə, torpağa sonsuz məhəbbət hissi aşılayıb...
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 İyun 2026 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see370

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see359

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see300

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see290

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see288

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see284

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see280

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see265

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see240

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see231

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see227

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see226

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see225

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see218

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see218

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see216

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see201

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see187

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri