Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025 ci ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Zelenski BMT də danışır: Dostlar və silahlardan başqa təhlükəsizlik zəmanəti yoxdur

Xərçəng xəstəliyinin bu növünü yox etməyin çarəsi TAPILDI

Qalatasaray və Fənərbaxça dan Real ın ulduzuna təklif

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı SİYAHI

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

Torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Hərrac keçiriləcək

Qarabağ ın rəqibinin Çempionlar Liqası heyətində dəyişiklik ediləcək

Zelenski BMT Baş Assambleyasında çıxışını yekunlaşdırıb

Putinlə Mişustinin maaşı artdı

Yollar yenə tıxaclıdır Siyahı

Barselona Yamal və Bonmatinin xatirinə bunu etdi FOTO

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

AYNA DAN UNİKAL YENİLİK: AVTOBUSLARDA SƏRNİŞİNLƏRƏ ÇAY, KOFE VƏ QURU YEMƏKLƏR TƏKLİF EDİLƏCƏK!

Yol vergisi alınacaq AÇIQLAMA

Şəmistan Nəzirlinin şərəfli ölümü Ədalət Tahirzadə yazır

Şəmistan Nəzirlinin şərəfli ölümü Ədalət Tahirzadə yazır

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Ədalət TAHİRZADƏ
Bakı Avrasiya Universitetinin professoru

Allah şahidimdir ki, bu yazdıqlarımda bir kəlmə də yanlış yoxdur. Bunu ona görə vurğulayıram ki, qulağıma bəzi uydurma fikirlər gəlib çatır...

...20 sentyabr 2025-ci ildə Azərbaycanın ən işıqlı ziyalılarından biri - ŞƏMİSTAN NƏZİRLİ özünün Məkkəsi saydığı Qazax Müəllimlər Seminariyasında ruhunu Allaha təslim etdi. Bilgili oxucularımıza bəllidir ki, bu təhsil ocağı rəsmən ADA Universitetinin Qazax Mərkəzidir. 1918-ci ildə Ulu Müəllim Firidun bəy Köçərlinin (1863-1920) Qoridən Qazaxa köçürdüyü Darülmüəllimin (Müəllimlər Seminariyası) sovet dönəmində Qazax Pedaqoji Məktəbi kimi 1959-cu ilədək çalışıb. Sonralar onun binasında orta məktəb sinifləri, Qızıl Aypara Cəmiyyətinin rayon şöbəsi və Uşaq-Gənclər İdman Mərkəzi kimi müəssisələr yerləşdirilib. Ancaq bina uzun illər baxımsız vəziyyətdə qalıb. 1980-ci illərin sonlarından orada qaçqınlar yaşayıb. Az qala yarımxaraba vəziyyətə düşmüş binada ADA Universiteti köklü təmir-bərpa işləri aparıb və 2022-ci ilin oktyabrından orada ADA Universitetinin Qazax Mərkəzi fəaliyyətə başlayıb. 2022-2023-cü dərs ilindən Qazax Mərkəzi artıq magistr və ixtisasartırma proqramları gerçəkləşdirməkdədir.

ADA Universitetində rektor, professor Hafiz Paşayevin təşəbbüsü və başçılığı ilə 2021-ci ildə müxtəlif elm və tədris ocaqlarının təmsilçilərindən ibarət mobil bir araşdırma mərkəzi yaradılıb. Ona hərb tariximizin ən məşhur araşdırıcısı olan jurnalist-yazıçı Şəmistan Nəzirli, Bakı Dövlət Universitetinin şərqşünas professoru Vüqar Qaradağlı, AMEA Əlyazmalar İnstitutunun baş eksperti Hacı Mustafa Əlizadə, AR Prezidenti İşlər İdarəsi İctimai-Siyasi Sənədlər Arxivinin bölmə müdiri Şəhla Abdulla, jurnalist professor Qulu Məhərrəmli, F.b.Köçərli adına Uşaq Kitabxanasının müdiri Şəhla Qəmbərli və Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə daxildi. Bu mərkəzin təşəbbüsü və iştirakı ilə ADA Universitetində bir sıra klassik dərsliklərimizə ikinci həyat verilib, Universitetdə bəzi maraqlı tədbirlər keçirilib. Bərpa edilən Qazax Müəllimlər Seminariyasının bədii tərtibatında və orada keçirilən bəzi elmi məclislərin təşkilində də bu mərkəzin əməyi var və o, Seminariyada Universitetin gerçəkləşdirdiyi demək olar ki, bütün önəmli tədbirlərin daimi iştirakçısıdır. 

Bakıdan Qazaxa gedərkən. 19.09.2025

ADA Universitetinin Qazaxda keçirdiyi növbəti tədbir dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin (1885-1949) 140 illik yubileyinə həsr edilib. Universitetinin əla bərpa elətdirərək Seminariyanın İncəsənət Mərkəzi kimi istifadəyə verdiyi köhnə İsrafil ağa hamamında Üzeyir bəyin yubileyinə həsr olunmuş möhtəşəm sərgi hazırlanmış, Seminariyanın özündə isə İncəsənət Mərkəzinin rəsmi açılışı, panel müzakirəsi, film nümayişi, "Bir Müəllimin Manifesti" proqramının məzun günü, Niyazi adına Dövlət Simfonik Orkestrinin konsert proqramı nəzərdə tutulmuşdu.

19 sentyabrda Ş.Nəzirli, V.Qaradağlı, H.M.Əlizadə, Ş.Abdulla, Ş.Qəmbərli və bəndəniz ADA Universitetinin dəvəti ilə, bizə ayrılmış mikroavtobusla Qazax şəhərinə yola düşdük. Qazağacan deyə-gülə getdik. Maşında mən masa arxasında Şəmistan müəllimlə üzbəüz oturmuşdum. Həmişəki kimi çox maraqlı söhbətlər edirdi. İmam Mustafayevin Azərbaycan KP MK-nın 1-ci katibliyindən çıxarılandan sonra Bakıda həbs olunmaqdan qaçaraq gecəykən təyyarə ilə Daşkəndə, oradan Moskvaya necə uçub Nikita Xruşşovla görüşməsindən, Səməd Vurğunun akademik Həsən Əliyevlə birgə elçiliyə getməsindən və başqa əhvalatlardan danışdıqlarını ilk dəfə eşidirdim. Evdən tələsik çıxdığına görə üzünü qırxmağa macal tapmamışdı. Mən onun söhbətini telefonla çəkmək istəsəm də, üzütüklü olduğuna görə çəkilişi sabaha saxladım (Nə biləydim ki, bu, sonra mümkün olmayacaq?!). 

Şəmistan müəllim iki ay öncə açıq ürək əməliyyatı keçirdiyini desə də, xeyli gümrah görünürdü. Deyib-gülməyindəydi. Axşam çatdığımız "Qazax" otelinin restoranında yemək yeyərkən və ertəsi gün - 20 sentyabrda səhər yeməyi zamanı da kefi kökdü. Restoranda yanaşı oturmuşduq. Burada söhbətimizin başlıca mövzusu Molla Pənah Vaqif oldu. "Vaqif" pyesinin tamaşasında İbrahimxəlil xanın səhnəyə zəncirlə çıxarıldığına görə artist Ağasadıq Gəraybəylinin (o, Qacar rolunu oynayırdı) Səməd Vurğuna irad tutmasından, Adil İsgəndərovun da Gəraybəylini dəstəkləməsindən, İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd xan Cavanşirin "Batmanqılınc" adlandırılmasının yanlışlığından və başqa maraqlı şeylərdən danışdı. Vaqif haqqında öz araşdırmasının yarımçıq qaldığını, onu tamamlamaq istədiyini dedi.

Araşdırma mərkəzinin üzvləri Qazax Müəllimlər Seminariyası – ADA Universitetinin Qazax Mərkəzi qarşısında. Soldan: Vüqar Qaradağlı, Şəhla Abdulla, Şəhla Qəmbərli, Şəmistan Nəzirli, Ədalət Tahirzadə, Hacı Mustafa Əlizadə. 20.09.2025. Saat 09:54.

Bizə öncə bildirmişdilər ki, Seminariyadakı tədbir saat 11-dədir, ancaq sonra orada saat 10-da olmağımızı istədilər. Saat 10-a qalmış oteldən çıxdıq. Yolda Şəmistan müəllim dedi ki, gecə, deyəsən, yastıq başımın altından sürüşüb, indi boynumu döndərə bilmirəm, gərək bütün bədənimlə dönəm. Ancaq ağrıdan şikayətlənmirdi. Nə yaxşı ki, Seminariyaya vaxtından yarım saat qabaq gəlmişdik, yoxsa o, maşındaca keçinəcəkdi. Allah-Təala bunu ona rəva görmədi və ölümünü şərəfli bir məqama saxladı.

...Tədbirə təşrif buyurmuş başqa dəvətlilərlə birlikdə Müəllimlər Seminariyasına bitişik, bərpa edilmiş İsrafil ağa hamamında - yeni İncəsənət Mərkəzində Üzeyir bəy Hacıbəyliyə həsr edilmiş sərgiyə baxmağa başladıq. Şəmistan müəllim Seminariyanı ürəkdən sevirdi, ona "Qoridən gələn qatar" kitabını həsr etmişdi. İsrafil ağa hamamının ən yüksək səviyyədə bərpası isə onu xeyli sevindirmişdi. Böyük coşqu ilə sərgidəki eksponatlar haqqında ətrafdakılara bilgi verirdi.

Sərgi ilə tanışlıqdan sonra Seminariyanın içərisinə keçdik və bizim heyət üçün öndə ayrılmış yerlərdə yan-yana oturduq. Şəmistan müəllimin sağında Vüqar Qaradağlı, solunda Hacı Mustafa əyləşmişdi. Mən də Hacı Mustafa ilə yanaşıydım. Şəmistan müəllim yenə danışır, Hacı Mustafaya öz babasının şəklini göstərərək deyirdi ki, babam kişi adam olub, İsrafil ağa vəfat edəndə ona mərsiyə yazıb. Bu sözləri deməsi ilə əlindəki kitabların və şəkillərin yerə düşməsinin arası heç yarım dəqiqə çəkmədi. Yoldaşlarımız kitabları və şəkilləri yerdən götürmək istəyərkən gördülər ki, Şəmistan müəllimin öncə baş tərəfi qaraldı, sonra sifəti göyərdi, üç dəfə xırıltılı nəfəs aldı. Yoldaşlar nəbzini yoxlayanda və işıq salıb bəbəklərinə baxanda artıq başlarını buladılar, ancaq tədbir iştirakçılarını rahatsız etməmək üçün səs-küy qaldırmadılar. "Təcili yardım" maşını gələndə əslində o, çoxdan keçinmişdi.

Bu qəfil ölüm ADA Universitetinin rəhbər işçilərini (rektor Hafiz Paşayev hələ gəlməmişdi), özəlliklə bizim heyəti sarsıtdı. Orada bulunan Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov Şəhər Mərkəzi Xəstəxanasına xəstə ilə bağlı hər bir tədbiri görməyi qəti tapşırdı.

Proqramın başlamasına təxminən beş dəqiqə qalmışdı. Biz əziz dostumuzun belə qəfil ölümündən elə sarsılmışdıq ki, tədbirə qatılacaq halda deyildik. ADA Universiteti rəhbərliyindən üzr istəyərək Seminariyanı tərk etdik və Mərkəzi Xəstəxanaya getdik. Sonradan öyrəndik ki, rektor Hafiz Paşayev öncə tədbiri dayandırmağı təklif etsə də, sonradan bütün proqramın Şəmistan müəllimin ruhunu şad edəcəyi düşünülərək məclisin davam etdirilməsi məsləhət görülüb və orada öncə Şəmistan Nəzirlinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Hafiz müəllim özünə əziz saydığı və daim qayğı göstərdiyi Şəmistan müəllimin dəfni ilə bağlı da göstərişlər verib... 

Şəmistan Nəzirli sərgidə. 20.09.2025. Saat 10.22.

...Qazax Şəhər Mərkəzi Xəstəxanasında həkimlər ölümü təsdiqlədilər. Bu xəbərdən sonra kitabxana müdiri Şəhla xanımın halı pisləşdi. Onu arxivşünas Şəhla xanımla birgə otelə yolladıq, Vüqar Qaradağlı, Hacı Mustafa və mən xəstəxanada qaldıq. Bu arada icra başçısının göstərişi ilə Şəmistan müəllimin qohumları da tapılıb tez xəstəxanaya gətirildi. Bir azdan icra başçısının özü də əməkdaşları ilə bərabər gəldi. O, mərhumun üstündə Quran oxutmaq istədi. Molla çağırmaq təklif edildikdə yoldaşlarımız özləri oxuyacaqlarını bildirdilər. Beləliklə, görkəmli şərqşünaslar Vüqar Qaradağlı və Hacı Mustafa Əlizadə növbələşərək mərhumun ruhu üçün "Yasin" oxudular.

İcra başçısı Rəcəb Babaşov telefonla "Qazax" Xeyriyyə Cəmiyyətinin sədri İlham Pirməmmədovla və başqa önəmli şəxslərlə danışdı. Onlar dəfnin Bakıda olacağını (bu, ailə üzvlərinin qərarıydı) və dəfn üçün hər cür hazırlığın görüləcəyini bildirdilər. Bundan sonra R.Babaşovun göstərişi ilə cənazə "Təcili yardım" maşınında Şəmistan müəllimin qohumlarından birinin müşayiəti ilə Bakıya yola salındı. Biz də xəstəxanadan ayrıldıq.

Qazaxa 6 nəfər gəlmişdik, 5 nəfər döndük...

Sonda bunu bildirmək istəyirəm ki, Şəmistan Nəzirli Allahın ən sevimli bəndəsi imiş - o, özünün Məkkəsi saydığı Qazaxda, vurğunu olduğu Səməd Vurğunun torpağında və sonsuz məhəbbətlə sevdiyi Firidun bəy və Badisəba Köçərlilərin ruhunu yaşadan Qazax Müəllimlər Seminariyası kimi müqəddəs bir ocaqda özünün sevdiyi və onu sevən insanlar arasında ruhunu Allaha təslim etdi, özü də ağrısız-acısız, ağlı ən son anadək üstündə olaraq. Allah bizi bura elə buna görə yarım saat tez gətiribmiş...

Allahın bu sevimli bəndəsinə və əziz dostumuza özümün, eləcə də Vüqar Qaradağlı, Hacı Mustafa Əlizadə, Şəhla Abdulla və Şəhla Qəmbərlinin adından rəhmət diləyir, bütün millətimizə və mərhumun əzizlərinə bu ağır itkiylə bağlı dərin hüznlə başsağlığı verirəm. Ruhu şad, məkanı cənnət olsun, inşallah.

Araşdırma mərkəzinin üzvləri Seminariyada tədbir başlamazdan öncə. Saat 10:46-dır. Saat 10:51-də isə Şəmistan Nəzirlinin ruhu artıq Haqqın dərgahına uçmuşdu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:21
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Sentyabr 2025 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025 ci ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 Sentyabr 2025 18:39see210

Zelenski BMT də danışır: Dostlar və silahlardan başqa təhlükəsizlik zəmanəti yoxdur

24 Sentyabr 2025 17:46see184

Xərçəng xəstəliyinin bu növünü yox etməyin çarəsi TAPILDI

24 Sentyabr 2025 17:43see156

Qalatasaray və Fənərbaxça dan Real ın ulduzuna təklif

24 Sentyabr 2025 15:46see156

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

24 Sentyabr 2025 23:49see147

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı SİYAHI

24 Sentyabr 2025 19:02see140

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

25 Sentyabr 2025 00:05see137

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see131

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see130

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

25 Sentyabr 2025 01:02see129

Torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Hərrac keçiriləcək

24 Sentyabr 2025 20:24see125

Qarabağ ın rəqibinin Çempionlar Liqası heyətində dəyişiklik ediləcək

24 Sentyabr 2025 21:50see125

Zelenski BMT Baş Assambleyasında çıxışını yekunlaşdırıb

24 Sentyabr 2025 18:36see120

Putinlə Mişustinin maaşı artdı

24 Sentyabr 2025 21:33see119

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see119

Barselona Yamal və Bonmatinin xatirinə bunu etdi FOTO

24 Sentyabr 2025 05:20see117

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see115

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see114

AYNA DAN UNİKAL YENİLİK: AVTOBUSLARDA SƏRNİŞİNLƏRƏ ÇAY, KOFE VƏ QURU YEMƏKLƏR TƏKLİF EDİLƏCƏK!

24 Sentyabr 2025 09:14see114

Yol vergisi alınacaq AÇIQLAMA

25 Sentyabr 2025 12:00see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri