Sereso Kurtuanın cavabını verdi
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Enrike Sereso Tibo Kurtuanın açıqlamasına cavab verib.
“Atletiko”nun prezidenti “Real”ın qapıçısının Xulian Alvaresin Çempionlar Liqasının 1/8 finalının cavab oyununda penalti seriyası zamanı vurduğu, lakin sayılmayan qolu ilə bağlı dediklərinə kəskin reaksiya verib.
Xatırladaq ki, penalti seriyasında Alvaresin qolu topa iki dəfə toxunmasına görə sayılmayıb. Nəticədə “Atletiko” Çempionlar Liqasında mübarizəni dayandırıb. İspaniya mətbuatının xəbərinə görə, Madrid klubunun rəhbəri Sereso komandanın keçmiş futbolçusunu qıcıqlandırıcı fikrinə görə sərt şəkildə tənqid edib:
“Məndə kadrlar var, orda Xulian topa, ümumiyyətlə toxunmur. Kurtua susmalıdı. O, vaxtilə “Atletiko”da oynadığına görə bizə minnətdar olmalıdı. O, bizimlə olduğu vaxt etdiyi kimi davranmalıdı - centlmen və cənab kimi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 18 Mart 2025 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















