Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
Məlum olduğu kimi, premyer-liqada yeni mövsümün startına az müddət qalıb. Artıq komandalar son hazırlıq işlərini görürlər.
Ötən “futbol ili”ndə elitada yerini pley-off matçında “Mingəçevir”i məğlub etməklə qoruyan “Qəbələ”də bugünlərdə sürpriz ayrılıq yaşanıb. Belə ki, ötən mövsüm keçirdiyi 30 oyunda 4 qol vuran, 1 məhsuldar ötürmə verən Prins Ovusu satılıb. 20 yaşlı qanalı vingerin Slovakiyanın “Dunayska Streda” klubuna keçidi baş tutub.
Belə önəmli oyunçunun satılması klubun maliyyə imkanlarının onu heyətdə saxlamağa cavab vermədiyini göstərir? “Qırmızı-qaralar” belə futbolçunu buraxırsa, növbəti mövsüm necə iddialı çıxış edə bilər? “Football-plus.az” olaraq, bu suallara cavab tapmaq üçün “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq:
“Bu klubun strategiyasıdı. Maliyyə cəhətdən heç bir problemimiz yoxdu. Sərfəli təklif aldıq. Gənc futbolçuları yetişdirib Avropaya satmaq klublarımızın strategiyasıdı”.
İSRAYIL XEYRULLAYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 29 İyul 2026 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















