Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Sərhədimizdə TƏHLÜKƏ Dəhşətli SSENARİ işə düşərsə…

Sərhədimizdə TƏHLÜKƏ Dəhşətli SSENARİ işə düşərsə…

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vaşinqtonun İrana qarşı hazırladığı hərbi-siyasi strategiyalarda “İldırım sürətli hücum” ssenarisinin gözlənilən nəticəni verməməsi Ağ Evi daha riskli və mürəkkəb olan “Plan B”yə — kürd faktoruna yönəlməyə məcbur edir. Bu yeni mərhələdə ABŞ administrasiyası təkcə İran daxilindəki silahlı qruplaşmaları deyil, həm də İraq Kürdüstanındakı Peşmərgə qüvvələrini Tehrana qarşı vahid cəbhədə birləşdirməyə çalışır. Lakin bu geosiyasi konstruksiya kağız üzərində nə qədər mükəmməl görünsə də, regionun daxili dinamikası, tarixi ziddiyyətlər və ən əsası Cənubi Azərbaycanın ərazi bütövlüyü kontekstində ciddi partlayış potensialı daşıyır.

Xüsusilə PKK və onun İran qolu olan PJAK kimi terror strukturlarının bu prosesdən yararlanaraq “Rojhelat” (Şərqi Kürdüstan) layihəsini Cənubi Azərbaycan torpaqları hesabına genişləndirmək cəhdləri bölgəni yeni və daha qanlı bir etnik münaqişə ocağına çevirə bilər. ABŞ-nin kimləri silahlandırdığı və bu qüvvələrin xəritələrində Urmiya, Xoy, Salmas kimi tarixi Azərbaycan şəhərlərinin hansı statusda yer alması məsələsi bu gün Cənubi Azərbaycan milli hərəkatı və regional təhlükəsizlik üçün ən kritik çağırışdır.

Məsələni nocomment.az-a şərh edən politoloq, professor Qabil Hüseynli bildirib ki, Vaşinqtonun “kürd kartı”ndan istifadə cəhdləri regionda “Pandora qutusu”nu açmağa bərabərdir:

“ABŞ-nin İrana qarşı kürd qruplaşmalarından proksi qüvvə kimi istifadə etmək planı strateji baxımdan çoxsaylı kor nöqtələrə malikdir. Burada ən böyük təhlükə kürd radikalizminin Cənubi Azərbaycanın tarixi torpaqlarına, xüsusən də Qərbi Azərbaycan vilayətinə olan ərazi iddialarıdır.

Biz görürük ki, PKK, PJAK və ‘Komala’ kimi təşkilatlar anti-İran müharibəsini sadəcə rejim dəyişikliyi kimi deyil, özlərinin uydurma “Rojhelat” xəritələrini reallaşdırmaq fürsəti kimi dəyərləndirirlər.

Qabil Hüseynli

Onların bu xəritələrə Urmiyanı, Salması, Xoyu və digər strateji Azərbaycan şəhərlərini daxil etməsi birbaşa azərbaycanlı əhaliyə qarşı yönəlmiş etnik təmizləmə riskini yaradır. Vaşinqton bu qüvvələrə silah və hava dəstəyi vəd edərkən, həmin silahların sabah bölgənin etnodemoqrafik mənzərəsini dəyişmək üçün dinc azərbaycanlılara qarşı çevrilməyəcəyinə dair heç bir təminat vermir.

Digər tərəfdən, Tramp administrasiyasının İraq kürdlərini bu prosesə cəlb etmək istəyi həm də İraq Kürdüstanındakı daxili parçalanmaya dirənir. Bərzani və Tələbani klanları arasındakı tarixi rəqabət, peşmərgənin vahid ordu olmaması və kürdlərin ABŞ-yə qarşı dərin inamsızlığı bu planın hərbi uğurunu şübhə altına qoyur. 1991-ci ildə və Suriya böhranında ABŞ-nin kürdləri tək qoyması yaddaşlardan silinməyib. İraq prezidentinin xanımı Şanaz İbrahim Əhmədin “Biz sizin muzdlu əsgəriniz deyilik” bəyanatı bu inamsızlığın bariz nümunəsidir. Üstəlik, monarxist müxalifətin lideri Rza Pəhləvi ilə kürd qruplaşmaları arasındakı ‘separatizm’ davası göstərir ki, İran müxalifəti daxilində vahid ideoloji zəmin yoxdur”.

Qabil Hüseynlinin sözlərinə görə, Cənubi Azərbaycan üçün ən böyük risk məhz müharibənin yaratdığı xaos şəraitində kürd silahlılarının azərbaycanlıların yaşadığı bölgələrdə faktiki nəzarət yaratmaq cəhdidir:

“PKK və PJAK-ın “kanton” siyasəti Suriyada hansı nəticələrə yol açdısa, eyni ssenarini İranın şimal-qərbində tətbiq etmək istəyirlər. Urmiya gölü ətrafındakı torpaqlar azərbaycanlıların milli kimliyinin özəyidir və bu ərazilərə iddia etmək regionu onilliklərlə davam edəcək etnik müharibəyə sürükləməkdir.

ABŞ-nin bu təhlükəli oyunu regionda sabitliyi bərpa etmək əvəzinə, daha böyük humanitar fəlakətlərə və Cənubi Azərbaycanın hüquqlarının tapdanmasına şərait yarada bilər. Buna görə də həm regional güclər, həm də beynəlxalq analitiklər ‘kürd kartı’nın pərdəarxası məqsədlərini aydın görməli və Azərbaycan türklərinin öz tarixi torpaqlarındakı haqlarının qorunması məsələsini ön plana çıxarmalıdırlar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Mart 2026 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see580

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see332

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see265

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see256

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see248

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see242

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see235

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see232

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see227

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see226

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see214

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see213

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see206

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see205

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see203

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see196

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see196

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see196

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri