Icma.az
close
up
RU
Sərhədlərin bərpası Naxçıvanı turizm xəritəsində daha görünən edəcək Turizm eksperti

Sərhədlərin bərpası Naxçıvanı turizm xəritəsində daha görünən edəcək Turizm eksperti

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Naxçıvana quru yolunun açılması təkcə nəqliyyat baxımından deyil, həm də ölkənin turizm strategiyası baxımından mühüm dönüş nöqtəsi olacaq. Hazırda bölgəyə yalnız hava yolu ilə və ya İran ərazisindən keçməklə getmək mümkündür. Bu, səyahətin həm logistika, həm də maliyyət baxımından çətinləşməsinə səbəb olurdu. Quru yolunun istifadəyə verilməsi ilə bu məhdudiyyətlər aradan qalxacaq, nəticədə bölgəyə səyahət daha rahat, sürətli və sərfəli olacaq".

Bu fikirləri Redaktor.az-a açıqlamasında turizm eksperi Rəhman Quliyev Zəngəzur dəhlizinin bərpası və Naxçıvana quru yolunun açılmasının turizmə necə təsir edəcəyindən danışarkən bildirdi.

"Yerli və xarici turistlər üçün bu, böyük üstünlük deməkdir. Azərbaycanın digər bölgələrindən şəxsi avtomobillə və ya avtobusla Naxçıvana səfər etmək imkanı yaranacaq ki, bu da ailəvi turizmin inkişafına, turizm axınının artmasına, mövsüm asılılığının azalmasına səbəb olacaq. Həmçinin xarici turistlər üçün Bakıdan Naxçıvana quru marşrutları tur paketlərinə daxil edilərək ölkənin digər bölgələri ilə birgə kompleks səyahət imkanları təqdim oluna bilər.

Naxçıvan zəngin mədəni irs və unikallığı ilə seçilən bir bölgədir. Əlincəqala, Möminə Xatun türbəsi, Duzdağ müalicə mərkəzi, Arazboyu təbiət mənzərələri və digər tarixi-memarlıq abidələrinə çıxış asanlaşacaq".

Ekspert əlavə etdi ki, sərhədlərin bərpası bölgənin brend imicini gücləndirəcək , Naxçıvanı regional və beynəlxalq turizm xəritəsində daha görünən edəcək.

"Ümumilikdə, quru yolunun açılması Naxçıvanın uzun illər davam edən nisbi izolyasiyasına son qoyaraq onu aktiv turizm mərkəzinə çevirə, yerli iqtisadiyyatı canlandıra və bölgədə yeni iş yerlərinin yaranmasına səbəb ola bilər", - deyə Rəhman Quliyev qeyd etdi.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Avqust 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri