Icma.az
close
up
RU
Turizm eksperti: Saziş Azərbaycan və Türkiyə arasında turizm əlaqələrinin daha da möhkəmləndirəcək

Turizm eksperti: Saziş Azərbaycan və Türkiyə arasında turizm əlaqələrinin daha da möhkəmləndirəcək

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmanla 2024-cü il noyabrın 15-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.



Turizm eksperti Ceyhun Aşurov "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan və Türkiyə arasında imzalanmış bu saziş turizm sahəsində daha geniş əməkdaşlıq imkanları yaradacaq:


"Bu sazişin imzalanmasından əvvəl də Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycanın Dövlət Turizm Agentliyi arasında müxtəlif görüşlər və fikir mübadilələri aparılmışdı. Azərbaycan və Türkiyə onsuz da sıx əlaqələrə malikdir və bu saziş turizm sahəsində birgə fəaliyyətin genişləndirilməsinə şərait yaradacaq. Həmçinin əməkdaşlıq turizm bazarlarının inkişafına, yeni marşrutların hazırlanmasına və hər iki ölkənin turizm potensialının tanıdılmasına töhfə verəcək. Eyni zamanda saziş beynəlxalq təşkilatlarda turizmin birgə təbliğinə də imkan yaradacaq. Digər tərəfdən, Azərbaycanla bağlı müxtəlif turizm məkanlarının Türkiyə serial və filmlərində yer alması ölkəmizin tanıdılması baxımından mühüm rol oynayacaq. Türk serialları xüsusilə körfəz ölkələri və rusdilli məkanlarda populyardır, bu da Azərbaycana olan marağın artmasına səbəb ola bilər."


Ekspert əlavə edib ki, Türkiyə turizm sahəsində dünya miqyasında önəmli mövqeyə sahibdir:

"Türkiyə hər il milyonlarla turist qəbul edir və bu sahədən 60 milyard dollardan çox gəlir qazanır. Bu təcrübə Azərbaycanın da turizminin inkişafına mühüm təsir göstərə bilər. Saziş təkcə turizm sahəsində deyil, həm də qanunvericilik, məlumat mübadiləsi, statistik göstəricilərin təkmilləşdirilməsi, qastronomik turizmin inkişafı və turizm sahəsində təhsil sahəsində əməkdaşlıqları əhatə edir. Türkiyə dünyanın aparıcı turizm ölkələrindən biridir və Azərbaycan da bu sahədə onunla əməkdaşlıq edərək öz turizm məkanlarını tanıtmaq, yeni marşrutlar müəyyənləşdirmək və turist axınını artırmaq üçün mühüm addımlar ata bilər. Bu sazişin həyata keçirilməsi ilə Azərbaycan və Türkiyə arasında turizm əlaqələrinin daha da möhkəmlənəcəyi, ölkəmizin beynəlxalq turizm bazarında daha geniş tanınacağı gözlənilir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Fevral 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri