Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

“Sərhədlərin delimitasiyası sülh prosesini daha da sürətləndirir”

“Sərhədlərin delimitasiyası sülh prosesini daha da sürətləndirir”

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı müzakirələrin yeni mərhələyə keçməsi sülh gündəliyinin ən həssas məsələlərindən biri olan eksklav və anklavların taleyini yenidən ön plana çıxarıb.

Ceyhun Bayramovun delimitasiya prosesinin davam etdiyini bildirməsi və Nikol Paşinyanın ərazi mübadiləsi ehtimalını gündəmə gətirməsi tərəflərin müxtəlif hüquqi və siyasi yanaşmalar üzərində düşündüyünü göstərir. Bununla belə, yekun qərarın hansı prinsip əsasında veriləcəyi regionda uzunmüddətli sabitliyin formalaşmasına birbaşa təsir edəcək.

Paşinyanın ərazi mübadiləsi variantını açıq şəkildə səsləndirməsi Ermənistanın mövqeyində taktiki dəyişiklikdir, yoxsa real kompromisə hazır olduğunun göstəricisidir?

“Sərhədlərin delimitasiyası prosesinin uğurla həyata keçirilməsi həm Azərbaycanın, həm də Ermənistanın milli maraqlarına cavab verir. Bu proses regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır”.

Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, xarici işlər naziri Ceyhun Bayramovun sərhədlərin delimitasiyası ilə bağlı fikirləri reallığa və mövcud faktlara əsaslanır.

Deputat bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın ərazi mübadiləsi ilə bağlı səsləndirdiyi fikirlər onun şəxsi yanaşmasıdır və bu yanaşma hər hansı bir yekun mövqe və ya dəyişməz prinsip kimi qəbul edilə bilməz.

“Çünki bu məsələlərlə bağlı müxtəlif məsləhətləşmələr, fikir mübadilələri və fərqli yanaşmalar mövcuddur. Lakin bu, o demək deyil ki, Azərbaycanla Ermənistan arasında aradan qaldırılması mümkün olmayan köklü ziddiyyətlər var”, - deyə Tahir Rzayev vurğulayıb.

Onun sözlərinə görə, Nikol Paşinyanın yenidən baş nazir seçilməsi də sülh prosesinin davam etdirilməsi, Cənubi Qafqazda sabitliyin və əmin-amanlığın bərpası baxımından müsbət amil kimi qiymətləndirilə bilər.

Deputat bildirib ki, Ermənistan rəhbərliyi son dövrlərdə Azərbaycanla sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu nümayiş etdirir və bu istiqamətdə dəfələrlə mövqeyini açıqlayıb.

“Əlbəttə ki, prosesin gedişində müəyyən məsələlərə aydınlıq gətirilməsi vacibdir. Lakin bütün bunlar dövlətlərin suverenliyinə, sərhədlərinin toxunulmazlığına və ərazi bütövlüyünə hər hansı formada xələl gətirməməlidir”, - deyə o əlavə edib.

Tahir Rzayev Ermənistanın konstitusiya dəyişiklikləri məsələsinə də toxunaraq qeyd edib ki, bu ölkədə referendumun keçirilməsi, konstitusiyaya zəruri dəyişikliklərin edilməsi, eləcə də Azərbaycanın irəli sürdüyü təkliflərin və qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi sülh müqaviləsinin imzalanmasına imkan yaradacaq.

Deputat hesab edir ki, sülhün əldə olunması Azərbaycandan daha çox Ermənistanın maraqlarına xidmət edir. Çünki Ermənistan uzun müddət müxtəlif xarici təsirlərin altında olub və bir çox məsələlərdə müstəqil qərar verməkdə çətinlik çəkib.

“Ermənistan bəzi dövlətlərin mövqeyinə həddindən artıq önəm verir, bir çox hallarda həmin ölkələrin razılığı olmadan hər hansı sənədə imza atmağa tələsmir. Lakin hadisələrin inkişafı göstərir ki, artıq bu maneələr tədricən aradan qalxır”, - deyə Tahir Rzayev bildirib.

Deputatın fikrincə, Nikol Paşinyan yenidən hakimiyyətə gəldikdən sonra daha sərbəst siyasət yürütmək niyyətindədir. Bu isə Ermənistanda mövcud olan müəyyən separatçı qüvvələrin təsirinin zəifləməsinə, Azərbaycana qarşı formalaşdırılmış düşmənçilik ritorikasının aradan qalxmasına təsir edə bilər.

Tahir Rzayev əlavə edib ki, sərhədlərin delimitasiyası ilə bağlı tərəflər arasında müəyyən fikir ayrılıqlarının olması təbii prosesdir və bu məsələlər sülh müqaviləsinin imzalanmasına, eləcə də regionda sabitliyin bərqərar olmasına mənfi təsir göstərməməlidir.

“Əsas məsələ odur ki, tərəflər qarşılıqlı anlaşma yolu ilə mövcud problemləri həll etsinlər. Çünki Cənubi Qafqazda uzunmüddətli sülh həm Azərbaycan, həm də Ermənistan xalqlarının gələcəyi üçün vacibdir”, - deyə deputat fikrini yekunlaşdırıb.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 10 İyul 2026 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see642

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see315

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see300

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see288

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see285

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see272

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see265

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see264

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see259

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see256

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see246

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see242

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see222

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see213

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see212

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see212

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see206

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see201

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see198

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri