Icma.az
close
up
RU
Sərinlik, yoxsa xəstəlik mənbəyi?

Sərinlik, yoxsa xəstəlik mənbəyi?

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kondisionerin görünməyən zərərləri...

İsti havaları kondisionersiz təsəvvür etmək çətindir. Evlərdə, iş yerlərində, nəqliyyat vasitələrində bu soyutma vasitəsindən geniş istifadə edilir. Lakin kondisionerin verdiyi sərinlik qədər gətirdiyi “dərd-bəla” da nəzərə alınmalıdır. Qısamüddətli sərinliyin ardından ortaya çıxan fəsadlar da böyükdür. Kondisionerin istifadəsi zamanı qaydalara düzgün əməl edilmədikdə insan sağlamlığı üçün ciddi problemlər yarana bilər.

Bu etinasız yanaşma yuxarı tənəffüs yollarında, ağciyərlərdə bir sıra ağır fəsadlara, hətta sətəlcəmə səbəb ola bilər. Eyni zamanda təmizlənməyən, nasaz işləyən kondisionerlər allergik soyuqdəymə, astma kimi xəstəliklər də yaratmaq qabiliyyətinə malikdir. Ən əsası, alimlərin araşdırmasına görə, kondisioner otaqdakı oksigeni məhv edir. Ona görə də, kondisionerin zərərli təsirlərini minimuma endirmək üçün onu işlədərkən arabir pəncərəni açaraq otağın havasını da dəyişmək lazımdır.

Allergiyası olanlar - yaxın əyləşməyin...

Kondisionerin zərərləri barədə “Yeni Azərbaycan”a danışan həkim Şahvələd Məmmədovun sözlərinə görə, bu cihaz işləyən otaqda havada ventilyasiya prosesi həyata keçmir. Kondisionerin filtrləri həmin otaqda olan toz, mikrob, bir sözlə, xəstəlik törədən nə varsa özünə yığır. Amma ventilyasiya olmadığından müəyyən müddətdən sonra həmin xəstəlik törədicilər yenidən “dirilir”: “Bu baxımdan, bir çox kondisionerlər sərinlətməklə yanaşı, xəstəlik də yayır. Ona görə hər bir kondisionerin təmizliyi diqqətdə saxlanılmalı, ona qulluq qaydalarına ciddi əməl edilməlidir. Bəzən bu filtrlərin illərlə təmizlənməməsi kimi hallar da baş verir - belə olan halda isə  kondisioner yalnız soyuqdəymə yaratmaqla kifayətlənmir, həm də allergik xəstəlikləri “qızışdırır”. Allergik problemi olan insanlar kondisionerdən uzaq durmalıdırlar”.

Karbon qazı yaranır  

Həkim qeyd edib ki, saatlarla kondisioner işlətmək düzgün deyil. Kondisioneri söndürdükdən sonra qapı-pəncərəni açıb otağı havalandırmaq lazımdır. Çünki kondisioner işləyən otaqda oksigenlə yanaşı, karbon qazı da yaranır ki, bu da insan orqanizmi üçün ziyanlıdır: “Bundan əlavə, kondisioner otaqdakı havanı qurudur. Onu elə tənzimləmək lazımdır ki, hava daha çox tavana istiqamətlənsin. Çünki birbaşa kondisionerdən gələn sərin havanın altında oturmaq və ya uzanmaq mütləq əzələ-oynaq ağrıları yaradacaq, yaşlı insanlarda isə xroniki xəstəlikləri kəskinləşdirəcək. Hətta bu kimi problemləri olmayanlar belə soyuq hava axınının altında saatlarla otursalar boyun və kürək nahiyəsində ağrılar hiss edəcəklər. Kondisionerin altında isə yatmaq qətiyyən olmaz. Çünki yuxu zamanı orqanizmin fəaliyyəti zəifləyir, müqaviməti aşağı düşür”.

Körpə olan otaqda kondisioner işlətmək olmaz

Ş.Məmmədov onu da bildirib ki, bir yaşadək uşaqlar olan otaqda kondisioner işlətmək olduqca ziyanlıdır. Böyüklərin orqanizmi yuxarıda sadalanan fəsadlara qarşı mübarizə aparmaq gücündədirsə belə, uşaq orqanizmi çox kövrəkdir: “Kiçik yaşlı, xüsusən də südəmər uşaqlar olan yerdə kondisioner işlətmək olmaz. Körpəli ailələr bunu nəzərə almalıdırlar. Yay aylarında təmiz havanın uşaq orqanizmi üçün böyük əhəmiyyəti var. Uşağı uzun müddət qapalı məkanlarda, kondisioner altında saxlamaq düzgün deyil. Birbaşa kondisionerin soyutduğu məkana daxil olmaq da mühüm fəsadlara yol açır. Əgər bayırdan gəlmisinizsə, kondisioneri bir müddətlik söndürmək lazımdır. Bədən bir müddət kondisionersiz rejimə öyrəşəndən sonra otağı müəyyən dərəcə soyutmaq olar. Yəni, temperatur rejimini tənzimləmək lazımdır. 23-28 dərəcədə kondisioner sərin hava verir, soyutmur. İnsan bədəninə təsir etmir. Ancaq təəssüf ki, ictimai yerlərdə buna riayət etmirlər. Bu səbəbdəndir ki, son zamanlarda əzələ tutulması, boyun, baş ağrıları, burun tutulması halları artıb. Bu kimi halların yaranmasında isə  kondisionerdən düzgün istifadə etməmək amili ön sırada dayanır”.

Yeganə BAYRAMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 İyun 2026 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri