Kondisioner sərinlik yoxsa təhlükə mənbəyi? Həkimdən vacib xəbərdarlıq
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Yayın istisində kondisionerlər sərinlik bəxş etsə də, onların düzgün istifadə olunmaması sağlamlıq üçün risklər yarada bilər.
Milli.Az xəbər verir ki, bu barədə rusiyalı həkim Olqa Ulankina açıqlama bildirib.
Həkim qeyd edib ki, kondisionerlər otaq havasındakı rütubəti azaldaraq göz quruluğu, baş ağrısı və tənəffüs yollarında problemlərə səbəb ola bilər. Quru hava xüsusilə astma, bronxit və sinusit kimi xroniki xəstəlikləri olanlar üçün təhlükəlidir.
Ulankina, həmçinin kondisioner sistemlərinin vaxtında təmizlənmədikdə filtrlərində bakteriya və kif göbələklərinin toplandığını, bunun da allergiya və tənəffüs problemlərinə yol aça biləcəyini vurğulayıb.
Həkimin tövsiyələri:
Havanın rütubətini 40-60% səviyyəsində saxlamaq üçün hava nəmləndiricisindən istifadə edin.
Otaqları müntəzəm havalandırın.
Filtrləri vaxtında təmizləyin və dəyişin.
Soyuq hava axınını birbaşa insanlara yönəltməyin.
Otaq temperaturunu çöldən 5-7°C-dən çox aşağı salmayın.
Əgər kondisioner səbəbindən narahatlıq əlamətləri hiss edilərsə, temperaturu artırmaq, hava axınını azaltmaq və ya otaqdan çıxmaq tövsiyə olunur.
Asya
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 11 İyul 2025 02:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















