Icma.az
close
up
RU
Seriya Masazırda pozuldu

Seriya Masazırda pozuldu

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Sabah” Azərbaycan Premyer Liqasının XXXIV turunda “Şamaxı”nı məğlub edib – 2:1.

Çempionatda iddiası qalmayan, əsas diqqəti ölkə kubokunun finalında olan “bayquşlar” üçün hər oyun hazırlıq xarakteri daşıyır. “Şamaxı” ilə oyuna daha yaxşı başlayan, irəlidə aktivlik göstərən “Sabah” erkən qola sevindi. Standart vəziyyətdən sonra başla dəqiq oynayan İqor Noqeyra ilk qolun müəllifi oldu. Qoldan sonra da bir neçə epizod yaxalayan “bayquşlar” fərqi artıra bilmədi. Əvəzində iki topa qapıçı ilə üz-üzə qalan Leroy Mikels qonaqların bərabərlik qolunu vurdu. “Şamaxı”nın bu epizoddan başqa demək olar, ciddi təhlükəsi olmadı.

Fasiləyə qədər iki dəfə önə keçməyə yaxın olan “Sabah” rəqib qapıçı Rikardo Fernandesi məyus edə bilmədi.

İkinci hissəyə də aktiv başlayan meydan sahiblərində artıq tələskənlik yaranmışdı. Fasilədən sonra oyuna daxil olan Sofyan Çakla daha çox top itkisi ilə yadda qalırdı. Berezutski mərakeşli mərkəz müdafiəçisini cinaha çəkmiş, orda yoxlamaq qərarına gəlmişdi. Çaklanın gözləntiləri qarşıladığını demək olmaz. Oyuna sonradan qoşulanlardan yalnız Cesse Sekidika və Anatoli Nuriyev fərq yarada bilirdi. Önə keçmə səyləri göstərən “Sabah” qələbə qolunu da məhz standart vəziyyətdən sonra vurdu. Yenə Noqeyra “başını işlədərək” komandasını önə keçirdi və qələbədə əsas pay sahibi oldu.

“Sabah” Premyer Liqada iki oyun sonra qələbə qazandı. “Şamaxı” isə 4 oyunluq məğlubiyyətsizlik seriyasını Masazırda pozdu.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 10 May 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see627

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see545

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see296

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see294

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see271

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see268

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see258

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see258

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see256

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see228

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see226

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see226

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see224

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see223

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see222

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see219

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see218

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see216

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri