Icma.az
close
up
RU
Sərnişin qatarı yük maşını ilə toqquşdu FOTO

Sərnişin qatarı yük maşını ilə toqquşdu FOTO

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Almaniyanın Hamburq şəhəri yaxınlığında sürətli sərnişin qatarının yük maşını ilə toqquşması nəticəsində 1 nəfər ölüb, ən azı 25 nəfər yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, qəza Aşağı Saksoniyanın Maschen və Hamburq şəhərləri arasında Rönneburq rayonunda yarımşlaqbaumlu keçiddə baş verib.

Qəza nəticəsində 55 yaşlı sərnişin dünyasını dəyişib. Qəzada 25 nəfərin xəsarət aldığı, onlardan 6-nın vəziyyətinin orta-ağır, 19 nəfərin isə yüngül xəsarət aldığı bildirilib. 

Toqquşma nəticəsində yük maşınının daşıdığı dəmir yolu relsləri ətrafa dağılıb.

Qəzaya şahid olan sərnişinlər, zərbə anının şiddətini izah ediblər. Qadın sərnişin qatarın qəfil əyləc basdığı zaman güclü silkələdiyini və qabaq vaqonların şüşələrinin sındığını bildirib. 

Alman mətbuatının yazdığına görə, qəzanın baş verdiyi sürətli sərnişin qatarında məşhur komediya ustası Bernhard Hoecker (54) də olub.

Sənətçinin meneceri Hoeckerin tez-tez qatarla səyahət etdiyini və hadisə zamanı orada olduğunu təsdiqləyib və səhhətinin yaxşı olduğunu bildirilib.

Qəzadan sonra sərnişinlər 2-3 saat qatarda gözləməli olublar. Daha sonra avtobuslarla Harburqa aparıldılar.

Hadisə yerinə 80-dən çox yanğınsöndürən və xilasedicilər göndərilib.

“Almaniya Dəmir Yolları” SC-nin əməkdaşları da xilasetmə işlərinə dəstək verib. Qəza səbəbindən Aşağı Saksoniyada Hamburq və Buçholz arasında qatar xətti bağlanıb. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:289
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Fevral 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see327

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see325

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see318

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see308

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see304

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see300

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see299

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see270

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see264

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see260

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see258

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see256

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see250

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see247

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see245

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see244

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see208

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see207

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri