Icma.az
close
up
RU
Sərnişinlə mübahisə etdiyi üçün avtobusu sürməkdən imtina edən BakuBus sürücüsü CƏZALANDIRILDI

Sərnişinlə mübahisə etdiyi üçün avtobusu sürməkdən imtina edən BakuBus sürücüsü CƏZALANDIRILDI

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda 88 saylı xətt avtobusunda sürücüsü sərnişinlə mübahisə etdiyi üçün nəqliyyat vasitəsini sürməkdən imtina edib və sərinişinlərdən avtobusdan düşməyi tələb edib. Bununla bağlı sosial şəbəkədə videogörüntü paylaşılıb.

Qeyd olunub ki, sərnişinlərdən birinə əsəbiləşən sürücü avtobusun bütün qapılarını açaraq hər kəsin düşməsini tələb edib və nəqliyyat vasitəsini idarə etməkdən imtina edib. Digər sərnişinlərin yola davam etməsi ilə bağlı tələblərinə isə fikir verməyib.

"BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva Oxu.Az-a açıqlamasında insidentin baş verdiyini təsdiqləyib.

O qeyd edib ki, noyabrın 25-də "BakuBus"ın istismarında olan 88 nömrəli marşrut xəttində sərnişin ödənişini kartla etdikdən sonra sürücüdən arxa qapını açmasını tələb edib və avtobusa arxa qapıdan minəcəyini bildirib.

"Sürücü Natiq Nadir oğlu Babayev təhlükəsizlik qaydalarına əsaslanaraq, arxa qapıdan minməyin qadağan olduğunu və belə halların nəzarət kameralarında qeydə alınıb cəriməyə səbəb ola biləcəyini izah edib. Bu səbəbdən sürücü və sərnişin arasında mübahisə yaranıb.

Bundan sonra sürücü monitorinq mərkəzi ilə əlaqə saxlayaraq vəziyyət barədə məlumat verib və özünü yaxşı hiss etmədiyini bildirərək avtobusu dayandırıb.

Təəssüf ki, bu hadisə digər sərnişinlərin də mübahisəyə qoşulmasına səbəb olub. Sürücü sərnişinləri arxadan gələn 88 nömrəli avtobusa yönləndirərək onların ödənişsiz şəkildə daşınmasını təmin edib",- deyə Ə. Əliyeva qeyd edib.

"BakuBus" MMC rəsmisi onu da diqqətə çatdırıb ki, sürücünün avtobusu dayandırmaq və sərnişinləri avtobusdan düşürmək səlahiyyəti yoxdur.

"Bu səbəbdən də şirkətin qaydalarına uyğun olaraq sürücü cəzalandırılıb.

"BakuBus" MMC sərnişinlərdən anlayış və qaydalara riayət etməyi xahiş edir, sürücülərimizin peşəkarlıq və davranış qaydalarına tam əməl etməsi üçün davamlı tədbirlər həyata keçirildiyini diqqətinizə çatdırırıq. İctimai nəqliyyatda nizam-intizamı qorumaq, sərnişinlərimizə keyfiyyətli xidmət göstərmək və hər hansı insidentlərin qarşısını almaq üçün birlikdə çalışmalıyıq. "BakuBus" olaraq, sərnişinlərimizin rahatlığı və təhlükəsizliyini təmin etmək bizim üçün əsas prioritetdir", - deyə açıqlamada vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://pravda.az
archiveBu xəbər 27 Noyabr 2024 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see147

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see139

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see138

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see134

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see129

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see129

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see126

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see125

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see123

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see119

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see119

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see119

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see117

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see117

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see116

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see113

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see112

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see109

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see109

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri