Dövlət satınalmalarına dair qanunun təkmilləşdirilməsi üçün təkliflər paketi təqdim ediləcək
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hesablama Palatası “Dövlət satınalmaları haqqında” qanunun təkmilləşdirilməsi üçün təkliflər paketi hazırlayıb.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Vüqar Gülməmmədov bildirib ki, təhlillər yeni qanunvericilikdə bir sıra məsələlərin tənzimlənmədiyini, dövlət satınalmalarından istisna edilə biləcək halların müvafiq hüquqi aktda təsbit edilmədiyini, müəyyən edilmiş əlavə prosedurların satınalmaların keçirilməsinə çətinliklər yaratdığını göstərib: “Bu isə yeni qüvvəyə minmiş qanunvericiliyin təkmilləşdirilməsini zərurətə çevirib. Hazırda tərəfimizdən bu istiqamətdə iş aparılır və yaxın günlərdə təkliflər paketimiz aidiyyəti üzrə təqdim ediləcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 03 İyun 2025 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















