Icma.az
close
up
RU
Sərnişinlə mübahisə etdiyi üçün avtobusu sürməkdən imtina edən “BakuBus” sürücüsü CƏZALANDIRILDI Yeni Gündəm

Sərnişinlə mübahisə etdiyi üçün avtobusu sürməkdən imtina edən “BakuBus” sürücüsü CƏZALANDIRILDI Yeni Gündəm

Icma.az, Yenigundem saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda 88 saylı xətt avtobusunda sürücüsü sərnişinlə mübahisə etdiyi üçün nəqliyyat vasitəsini sürməkdən imtina edib və sərinişinlərdən avtobusdan düşməyi tələb edib. Bununla bağlı sosial şəbəkədə videogörüntü paylaşılıb.

Qeyd olunub ki, sərnişinlərdən birinə əsəbiləşən sürücü avtobusun bütün qapılarını açaraq hər kəsin düşməsini tələb edib və nəqliyyat vasitəsini idarə etməkdən imtina edib. Digər sərnişinlərin yola davam etməsi ilə bağlı tələblərinə isə fikir verməyib.

“BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva Oxu.Az-a açıqlamasında insidentin baş verdiyini təsdiqləyib.

O qeyd edib ki, noyabrın 25-də “BakuBus”ın istismarında olan 88 nömrəli marşrut xəttində sərnişin ödənişini kartla etdikdən sonra sürücüdən arxa qapını açmasını tələb edib və avtobusa arxa qapıdan minəcəyini bildirib.

“Sürücü Natiq Nadir oğlu Babayev təhlükəsizlik qaydalarına əsaslanaraq, arxa qapıdan minməyin qadağan olduğunu və belə halların nəzarət kameralarında qeydə alınıb cəriməyə səbəb ola biləcəyini izah edib. Bu səbəbdən sürücü və sərnişin arasında mübahisə yaranıb.

Bundan sonra sürücü monitorinq mərkəzi ilə əlaqə saxlayaraq vəziyyət barədə məlumat verib və özünü yaxşı hiss etmədiyini bildirərək avtobusu dayandırıb.

Təəssüf ki, bu hadisə digər sərnişinlərin də mübahisəyə qoşulmasına səbəb olub. Sürücü sərnişinləri arxadan gələn 88 nömrəli avtobusa yönləndirərək onların ödənişsiz şəkildə daşınmasını təmin edib”,- deyə Ə. Əliyeva qeyd edib.

“BakuBus” MMC rəsmisi onu da diqqətə çatdırıb ki, sürücünün avtobusu dayandırmaq və sərnişinləri avtobusdan düşürmək səlahiyyəti yoxdur.

“Bu səbəbdən də şirkətin qaydalarına uyğun olaraq sürücü cəzalandırılıb.

“BakuBus” MMC sərnişinlərdən anlayış və qaydalara riayət etməyi xahiş edir, sürücülərimizin peşəkarlıq və davranış qaydalarına tam əməl etməsi üçün davamlı tədbirlər həyata keçirildiyini diqqətinizə çatdırırıq. İctimai nəqliyyatda nizam-intizamı qorumaq, sərnişinlərimizə keyfiyyətli xidmət göstərmək və hər hansı insidentlərin qarşısını almaq üçün birlikdə çalışmalıyıq. “BakuBus” olaraq, sərnişinlərimizin rahatlığı və təhlükəsizliyini təmin etmək bizim üçün əsas prioritetdir”, – deyə açıqlamada vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 27 Noyabr 2024 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see390

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see158

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see150

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see134

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see125

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see124

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see122

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see117

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see116

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see116

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see116

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see116

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see115

Qalatasaray ın istədiyi ulduz qolkiper Fənərbağça nın təklifini qəbul etdi

01 Sentyabr 2025 11:33see115

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see115

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri