“Brutto müqavilə”ləri üzrə qaydalar hazırlanıb, layihə yekunlaşır NAZİR MÜAVİNİ VİDEO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
“Yanaşma, metodologiya baxımından burada qaranlıq heç nə yoxdur. Nəzərə alsaq ki, əksər inkişaf etmiş ölkələrdə, eləcə də MDB məkanında biz bunun nümunələrinə rast gəlirik”.
Avtosfer.az xəbər verir ki, bu sözləri yanvarın 28-də “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masa zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib. Nəqliyyat eksperti Elməddin Muradlının sualını cavablayan nazir müavini bildirib ki, layihə üzrə son təkliflər artıq alınıb:
“Avtobusların sayı artırılır. Ancaq bununla bərabər, həmin avtobusların istismarını həyata keçirən daşıyıcılarla bağlı münasibətlərin tamamilə yeni müstəviyə keçirilməsi istiqamətində işlər görülür. Biz artıq 'brutto müqaviləsi' modelinə keçidlə bağlı qərar vermişik və bu istiqamətdə ilkin addımlar atılıb. Bu o deməkdir ki, daşıyıcı artıq topladığı gəlirdən (yəni sərnişin sayından) asılı olmayacaq. Onun əsas vəzifəsi təyin olunmuş qrafik üzrə, təmiz və saz vəziyyətdə olan avtobuslarla sərnişinlərə xidmət göstərmək olacaq. Dövlət isə öz növbəsində həmin daşıyıcıya qət etdiyi kilometrə görə ödəniş edəcək. Bu model imkan verəcək ki, həm xidmət keyfiyyəti artsın, həm də daşıyıcıların maliyyə dayanıqlılığı təmin olunsun”.
Səfər
Oxunub 198
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 28 Yanvar 2026 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















