Icma.az
close
up
RU
Sərnişinlərin xilas yolu: Avtobus zolaqları artırılır?

Sərnişinlərin xilas yolu: Avtobus zolaqları artırılır?

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Paytaxtın bir sıra ərazilərində avtobus zolaqları artıq istifadəyə verilib və bu, sərnişin daşımada kifayət qədər əlverişli nəticələr göstərir. Bu zolaqların tətbiqi ilə avtobuslarla hərəkət fərdi nəqliyyat vasitələrindən və taksidən daha sürətli olur.

Bəs digər yollarda avtobus xətlərinə ehtiyac var?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi ki, avtobus zolaqları, mikromobillik zolaqları və digər infrastruktur üzrə görülən işlər hazırda “rəqəmsal əkiz” adlanan alət vasitəsilə həyata keçirilir:

"Müxtəlif datalar toplanır, onların əsasında simulyasiya aparılır və ən optimal, iqtisadi cəhətdən səmərəli, şəhər infrastrukturuna müsbət təsir göstərəcək variantlar seçilərək icra olunur. Hazırda avtobus zolaqlarının uzunluğu 112 km təşkil edir, yaxın gələcəkdə bu göstəricinin 160 km-ə çatdırılması planlaşdırılır. Ehtiyac olan küçələr üzrə artıq təhlillər aparılır. Hər yerdə avtobus zolağı yaradılması nəzərdə tutulmur, tələb olan yerlərdə tətbiq edilir".

Ekspert əlavə etdi ki, əsas görüləsi iş mövcud avtobus zolaqlarının əlaqələndirilməsi istiqamətində addımların atılmasıdır:

"Bu, kəsintisiz hərəkəti təmin edəcək və sistemin daha səmərəli işləməsinə şərait yaradacaq. Artıq müşahidələr göstərir ki, avtobus zolaqları tətbiq edildikdən sonra şəhərdaxili hərəkətdə avtobus fərdi nəqliyyat və taksidən daha sürətli olur. Səmərəliliyin artması üçün kəsintisiz hərəkətin təmininə dair qərarlar təxirə salınmadan qəbul edilməlidir. Sonrakı mərhələdə təhlillərin nəticəsinə uyğun olaraq yeni zolaqların yaradılması mümkündür"

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Avqust 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri