Icma.az
close
up
RU
Şərq və Qərb sənətinin qovşağında: Azərbaycan irsi Tacikistanda təqdim olunur

Şərq və Qərb sənətinin qovşağında: Azərbaycan irsi Tacikistanda təqdim olunur

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Tacikistanda Azərbaycan Mədəniyyət Günləri öz işinə başlayıb.

Oxu.Az-ın Düşənbəyə ezam olunan müxbiri xəbər verir ki, mədəniyyət günləri çərçivəsində Tacikistan Milli İncəsənət Muzeyində "Azərbaycanın sənət incilərində yaşayan milli irsi" mövzusunda sərgi açılıb.

Ekspozisiyada Azərbaycan Milli İncəsənət Muzeyi (AMİM) tərəfindən təşkil olunan "Mirzə Qədim İrəvani: Şərq və Qərb sənət üslublarının qovşağında" adlı bölmədə milli təsviri sənətin inkişafında müstəsna xidmətləri olan, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu il 200 illik yubileyi qeyd edilən Mirzə Qədim İrəvaninin (1825-75) yaradıcılıq nümunələri yer alıb.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Oxu.Az-a açıqlamasında bildirib ki, ekspozisiyanın ana xəttini dahi sənətkarın AMİM-də qorunub-saxlanılan əsərlərinin və onun yaşadığı dövrün aparıcı sənət üslubunda yaranmış təsviri və dekorativ-tətbiqi sənət nümunələrinin nümayişi təşkil edir.

"Mirzə Qədim İrəvaninin yetkin dövr yaradıcılığına aid "Fətəli şahın portreti", "Zadəgan xanımın portreti", "Qacar şahzadəsi Vəcihulla Mirzənin portreti", "Əsgər" adlı qrafik rəsmləri, eləcə də Qacarlar dövrü rəssamlığının sevimli motivlərindən birini özündə əks etdirən "Qızılgül və bülbül" əsəri ilə yanaşı, XIX əsr Azərbaycan rəssamlığının digər görkəmli nümayəndələri - Usta Qənbər Qarabaği, Mir Möhsün Nəvvabın gül və bülbül motivli qrafik rəsmləri də sərgilənən əsərlər sırasındadır", - deyə Ş.Məlikova bildirib.

Ş.Məlikova onu da diqqətə çatdırıb ki, dövrünün savadlı insanlarından biri olmuş Bəhmən Mirzənin kitabxanasından olan şəxsi möhürlü "Dəvət" adlı dualar kitabı, üzərindəki təsvir və nəfis bəzəklərlə diqqəti cəlb edən qələmdanlar, "Nadir şah" adlı süjetli xalça, nəfis tərtibatlı arxalıq öz epoxasının ruhunu, zövqünü, saray estetikasını ifadə edən əvəzsiz nümunələrdir.

Qeyd edək ki, Tacikistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri mayın 22-nə qədər davam edəcək.

Əzizə İsmayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 May 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see181

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see179

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see157

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see142

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri