Icma.az
close
up
RU
Şərqdən Qərbə mötəbər nəqliyyat körpüsü

Şərqdən Qərbə mötəbər nəqliyyat körpüsü

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycan dəmiryolçuları Çin şirkətləri ilə tranzit daşımaları genişləndirirlər

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) nümayəndə heyəti Çində işgüzar səfərdədir. Səfər çərçivəsində Azərbaycan dəmiryolçuları Çinin nəqliyyat-logistika şirkətləri ilə görüşlər keçiriblər.

ADY sədri Rövşən Rüstəmov Çinin CRRC (“China Railway Rolling Stock Corporation”) korporasiyasının vitse-prezidenti Fanq Fenq və korporasiyanın Çjuçjou lokomotiv istehsalı şirkətinin sədri Van Qiaolinlə keçirilən görüşlərdə Azərbaycanın beynəlxalq nəqliyyat-logistika zəncirində rolunun artması ilə əlaqədar olaraq yükdaşımaların etibarlı və təhlükəsiz təmin edilməsi üçün lokomotiv parkının yenilənməsi və genişləndirilməsinə, CRRC ilə bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi əhəmiyyət verildiyini qeyd edib.

Söhbət əsnasında, həmçinin Çindən 7 yeni lokomotivin alınması ilə bağlı bu ilin aprel ayında imzalanmış sazişin təfərrüatları, ADY mütəxəssisləri üçün təlim kursları və texniki treninqlərin təşkili, texniki həllər, istehsalat imkanları, təcrübə mübadiləsi kimi məsələlər müzakirə olunub.

Çinin Lyanyunqan Limanının rəhbəri Van Qoi Çao ilə görüşdə isə ADY-nin bu limanla əməkdaşlığının Şərq və Qərb arasında, xüsusilə Orta Dəhliz çərçivəsində nəqliyyat bağlantısının inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Hazırda Çin və Azərbaycan arasında yükdaşımaların artan dinamikasının müşahidə olunduğu bildirilib. Qeyd olunub ki, 2024-cü ildə Çindən 287 blok-qatar qəbul edildiyi halda, cari ilin 6 ayı ərzində bu göstərici artıq 199 blok-qatar təşkil edib. İlin sonunadək isə 400-dən çox blok-qatarın qəbulu gözlənilir. Bu mənada, Lyanyunqan–Bakı marşrutu üzrə müntəzəm dəmiryol xidmətinin təşkilinin prioritet istiqamətlərdən biri olduğuna diqqət çəkilib.

Bildirilib ki, bu yaxınlarda Bakı Beynəlxalq Dəniz Limanı rəsmi olaraq ADY-nin strukturuna inteqrasiya olunub. Bu addım liman-dəmiryol əməliyyatlarının daha səmərəli koordinasiyasına və beynəlxalq tərəfdaşlara kompleks və optimallaşdırılmış logistika xidmətləri təqdim etməyə imkan verir. Bakı Limanı Asiya və Avropa arasında yük axınının təmin edilməsində vacib rol oynayır. Hazırda limanın yükaşırma gücü ildə 15 milyon ton, o cümlədən 150 min TEU konteyner təşkil edir. Gələcəkdə isə limanın ümumi gücünün ildə 25 milyon ton, o cümlədən 500 min ton TEU konteyner olacağı nəzərdə tutulur.

Van Qoi Çao isə öz növbəsində qeyd edib ki, Lyanyunqan Limanı təkcə Çin deyil, Yaponiya və Koreya məhsullarının da ixracını həyata keçirir, bu da marşrutun əhəmiyyəti və yükdaşıma coğrafiyasını genişləndirir. O əmin olduğunu bildirib ki, qarşılıqlı fəaliyyət nəqliyyat əlaqələrinin möhkəmləndirilməsinə və Lyanyunqan–Bakı marşrutunun Avrasiya məkanında daha rəqabətqabiliyyətli olmasına imkan verəcək.

Azərbaycan nümayəndə heyətinin “China Railway Container Transport Corp. Ltd.” (CRCT) şirkətinin prezidenti Yan Binlə görüşü zamanı isə Rövşən Rüstəmov CRCT-nin Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryol qurumları arasında Orta Dəhlizin inkişafı üzrə yaradılmış “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmasının əhəmiyyətini vurğulayıb. Bildirilib ki, CRCT-nin birgə müəssisənin işində fəal iştirakı regionun logistika üzrə əlaqələrini, eləcə də Orta Dəhliz boyunca şirkətlərin rolunu gücləndirəcək və marşrutun səmərəliliyini artıracaq.

Görüşdə, həmçinin Orta Dəhliz üzrə yükdaşıma həcmlərinin artırılması üçün geniş potensialın olduğu bildirilib. Çin – Azərbaycan – Çin istiqamətində konteyner daşımaları həcminin çoxaldılması və logistikanın optimallaşdırılması məqsədilə rəqəmsal həllərin tətbiqi, 2025-ci ilin ikinci yarısında göndərişlərin artırılması üçün fəaliyyət planının razılaşdırılması, liman – dəmiryol infrastrukturunun inteqrasiyası kimi mühüm məsələlər müzakirə olunub.

Xatırladaq ki, Azərbaycan dəmiryolçularının Çin Xalq Respublikasına səfəri iyulun 11-dək davam edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 İyul 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri