Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Şərqdən Qərbə etimad və birgə fəaliyyət körpüsü

Şərqdən Qərbə etimad və birgə fəaliyyət körpüsü

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan–Çin mədəni-humanitar əlaqələri intensivləşir

Azərbaycan BMT Təhlükəsizlik Şurasının daimi üzvü, iqtisadiyyatın həcminə görə dünyada ikinci dövlət olan Çinlə münasibətlərin inkişafını daim diqqət mərkəzində saxlayır. Hazırda iki ölkə arasında əlaqələr dinamik və hərtərəfli inkişaf dövrünü yaşayır, ölkələrimizin siyasi, iqtisadi-ticari, humanitar sahələrdə əməkdaşlığı gündən-günə möhkəmlənir. Beynəlxalq vəziyyətin dəyişməsindən asılı olmayaraq, Azərbaycan–Çin münasibətləri öz inkişaf dinamikasını qoruyub saxlayıb. İki ölkə qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında inkişaf edərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına növbəti dövlət səfəri də bu münasibətlərin daha da möhkəmləndirilməsi məqsədi daşıyır. Qeyd edək ki, Azərbaycan və Çin bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü, milli şəraitə uyğun inkişaf yolunu hər zaman dəstəkləyiblər. Bütün sahələrdə əməkdaşlığı, iqtisadi-ticari əlaqələri, o cümlədən rəqəmsal iqtisadiyyat, “yaşıl enerji”, elm və texnologiya sahələrində əməkdaşlığı genişləndirməkdədir.

Aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü zamanı bir sıra vacib məqamlara toxunub. Dövlətimizin başçısı çıxışında “Vahid Çin” siyasətini həmişə dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri birmənalı şəkildə pislədiyini qeyd edib. Azərbaycan və Çinin terrorizm, ekstremizm və separatizmə qarşı birgə səylərlə mübarizəsi xüsusi qeyd olunub.

Ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı, BRICS və digər təsisatlarda əməkdaşlıq məsələlərinə və qarşılıqlı dəstəklərinə toxunulub. ÇXR Sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafını və əldə etdiyi nailiyyətləri məmnunluqla qeyd edib, Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinə (AQEM) sədrliyini xüsusi vurğulayıb. COP29-un Azərbaycanda uğurla keçirilməsi və Qlobal Cənubun maraqlarının təmsil olunması baxımından Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirib.

* * *

Ötən illər ərzində ölkələrimiz arasında elmi mübadilə uğurla inkişaf edib, Azərbaycanın akademik müəssisələrinin aparıcı alimləri ÇXR-da müxtəlif bilik sahələri üzrə keçirilən 100-ə yaxın elmi konfransda fəal iştirak ediblər. Azərbaycan Elmlər Akademiyası və Çin İctimai Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında saziş imzalanıb, AMEA-nın Yüksək Texnologiyalar Parkında Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzi yaradılıb.

İki ölkənin ayrı-ayrı ixtisaslaşdırılmış elmi institutları arasında, o cümlədən Çinin Mühəndislik və Kənd Təsərrüfatı akademiyaları ilə birbaşa tərəfdaşlıq əlaqələri qurulmuş, AMEA Mərkəzi Elmi Kitabxanası və Çin Milli Kitabxanası arasında elmi və informasiya mübadiləsi aparılıb. Bu gün Çinin sürətli inkişafı onun elmi-tədqiqat işlərinə ayırdığı vəsaitlərin hesabınadır. Məlumdur ki, dayanıqlı inkişafın əsasında mühüm rol oynayan elmi-tədqiqatların dəstəklənməsi dünya təcrübəsində prioritet hesab edilir.

Ölkələrimiz arasında ticari-iqtisadi və tranzit-logistika layihələrinin reallaşdırılması ilə yanaşı, elm, texnika, texnologiya, İTK, rəqəmsallaşdırma, eləcə də mədəni-humanitar sahələrdə də fəaliyyətin genişlənməsi xarakterikdir. Bu baxımdan görünən odur ki, yaxın perspektivdə Azərbaycanla Çin arasında ticari-iqtisadi və logistika sahəsindəki əlaqələrlə yanaşı, adıçəkilən sahələrdə də səmərəli fəaliyyət intensivləşəcək. Qabaqcıl Çin texnologiyasından istifadə olunaraq birgə elmi-tədqiqat platformaları yaradılacaq. Çin və Azərbaycan dillərinin təhsil müəssisələrində tədrisinin, müəllimlər arasında mübadilənin və mütəxəssislər hazırlanmasının dövlət tərəfindən dəstəklənməsi dövlətlərin müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətinin səmərəliliyinə imkan yaradacaq, iki xalqın yaxınlaşmasına və qarşılıqlı mədəni zənginləşməsinə xidmət edəcək.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Mahir Süleymanlı XQ-yə bildirdi ki, Azərbaycan ilə Çin arasında qarşılıqlı etimad və hörmət əsasında uzun illər ­ərzində inkişaf edən münasibətlər bu gün yeni bir zirvəyə – hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir: “Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri zamanı Pekində imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” bu münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini təsdiqləyən mühüm sənəd oldu. Bəyanat iki ölkənin ortaq maraqlar və dəyərlər əsasında siyasi, iqtisadi, humanitar və ekoloji sahələrdə əməkdaşlığı daha da genişləndirmək əzmində olduğunu nümayiş etdirir. Azərbaycan tərəfi “Vahid Çin” siyasətinə sadiqliyini bir daha təsdiqləyir, Çin isə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və regionda sülh təşəbbüslərinə açıq dəstək ifadə edir. Bu qarşılıqlı anlaşma və həmrəylik ikitərəfli münasibətlərin sabitliyini və davamlılığını təmin edən əsas dayaqlardan biridir. Xüsusi vurğulanmalı məqamlardan biri də Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsündə fəal iştirakıdır. Çin bu təşəbbüs çərçivəsində Azərbaycanı Cənubi Qafqazda əsas strateji tərəfdaş kimi qəbul edir, Bakı–Tbilisi–Qars dəmir yolu və Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi layihələrdə ölkəmizin rolu yüksək qiymətləndirilir. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycanın milli inkişaf strategiyaları ilə uzlaşma, qarşılıqlı ticarətin və sərmayələrin təşviqi, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, bərpaolunan enerji, sənaye, kənd təsərrüfatı, kosmos və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq bu tərəfdaşlığın əsas sütunları kimi müəyyənləşdirilib. Mədəniyyət, təhsil, turizm və media sahələrində qarşılıqlı əlaqələrin gücləndirilməsi də əsas prioritetlər sırasındadır. Səfər çərçivəsində imzalanmış sənədlər paketi vizasız rejimin tətbiqi, humanitar minatəmizləmə, elmi-tədqiqat, əqli mülkiyyət, ekoloji təhlükəsizlik və digər sahələrdə əməkdaşlığa dair razılaşmalar da rəsmiləşdirilib. Bu sənədlər münasibətlərin institusional əsaslarını genişləndirməklə, uzunmüddətli strateji tərəfdaşlıq üçün etibarlı hüquqi baza formalaşdırır.

Tərəfdaşlığın humanitar ölçüsündə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Fondun təşəbbüsü ilə həyata keçirilən layihələr – o cümlədən Çin ilə mədəniyyətlərarası dialoqu təşviq edən tədbirlər, sərgilər, təhsil və mübadilə proqramları – xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmlənməsinə mühüm töhfə verir. Fondun bu istiqamətdə fəaliyyəti Çin ictimaiyyətində geniş rəğbət qazanır və Azərbaycan brendinin beynəlxalq səviyyədə tanınmasına xidmət edir. 

Prezident İlham Əliyevin uzaqgörən və prinsipial xarici siyasəti sayəsində formalaşan bu tərəfdaşlıq Azərbaycanın regional və qlobal miqyasda mövqeyini daha da gücləndirir, ölkəmizi Şərqlə Qərbi birləşdirən sabitlik və əməkdaşlıq körpüsü kimi təqdim edir.

Bu gün Azərbaycan – Çin münasibətləri iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafına geniş imkanlar açır. Dövlətlərarası sərmayələrin təşviqi, imzalanan sazişlər, iqtisadi əməkdaşlığa dair sənədlər mühüm önəm daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin son illərdə Çinə olan səfərləri, eləcə də müxtəlif beynəlxalq səviyyəli tədbirlərdə Çinin dövlət və hökumət başçıları ilə görüşləri əlaqələrin daha da inkişafına səbəb olur, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə sanballı töhfələr verir. 

Azər MUSTAFAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Aprel 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri