Icma.az
close
up
RU
Şərqdən Qərbə əsrin yolu

Şərqdən Qərbə əsrin yolu

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Orta Dəhlizlə daşımalar 2030-cu ilədək 11 milyon tona çatacaq

Asiya İnkişaf Bankının yaydığı məlumata görə, Orta Dəhlizlə həyata keçirilən yükdaşımalarda son illər ərzində nəzərəçarpacaq artım müşahidə olunub, tranzit daşımaların həcmi 2022-ci ilə nisbətən 2023-cü ildə 86 faiz artaraq 2,7 milyon tona yüksəlib. Cari ildə isə tranzit daşımaların həcmi 4 milyon ton proqnozlaşdırılıb. Bu göstərici Orta Dəhlizdə yükdaşımaların həcminə və qlobal ticarətin artan tələblərinin ödənilməsinə görə rekord göstərici kimi yüksək qiymətləndirilib.

Dəhlizdən səmərəli istifadə nümunələrindən biri 2022-ci ilin may ayında Finlandiyanın Nurminen Logistics nəqliyyat şirkətinin Çindən Avropaya yeni marşrutu gerçəkləşdirməsidir. Bu marşrut Orta Dəhlizə böyük tələbin olduğunun bariz ifadəsidir.

Asiya İnkişaf Bankının məlumatında daha sonra bildirilir ki, hazırda Orta Dəhlizin gücü ildə 5,8 milyon tondur. Bu isə Şimal Dəhlizindən xeyli azdır. Səmərəli tədbirlər həyata keçirilərsə, onun tutumunun getdikcə artacağı gözlənilir. İqtisadi təhlillərə əsaslanaraq 2030-cu ilə qədər Çin və Avropanın qərb sərhədi arasında səyahət vaxtının iki dəfə azalacağı, yükdaşımaların həcminin isə üç dəfə artaraq 11 milyon tona çatacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Orta Dəhlizin inkişafı istiqamətində reallaşdırılan layihələrin gerçəkləşdirilməsini daim diqqət mərkəzində saxlayıb. Bununla əlaqədar bir sıra mühüm layihələr və proqramlar reallaşdırılıb.

Belə ki, dövlət başçısının rəhbərliyi ilə “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006–2015-ci illər üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında nəqliyyat sisteminin inkişafına dair (2006–2015-ci illər) Dövlət Proqramı”, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008–2013-cü illər üçün əlavə Tədbirlər Planı”, “Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və inkişafına dair Dövlət Proqramı (2006–2015-ci illər)”, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010–2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” və s. müxtəlif istiqamətləri əhatə edən çoxsaylı sədələr uğurla icra olunub.

Azərbaycanın nəqliyyat dəhlizlərində rolunun artırılması baxımından 2023-cü il noyabrın 23-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı” da mühüm önəm daşıyır.

Dünya Bankının hesabatında 2030-cu ilə qədər Orta Dəhliz boyunca daşımaların həcminin 2021-ci illə müqayisədə 3 dəfə artacağı və yüklərin daşıma müddətinin 2 dəfə azalacağı proqnozlaşdırılır. Eyni zamanda investisiya və əməliyyat təkmilləşdirmələrinin düzgün kombinasiyası vasitəsilə bu dəhlizin transkontinental ticarətin iqtisadi və siyasi davamlılığına əhəmiyyətli töhfə verə biləcəyi bildirilir. Bundan başqa, adıçəkilən layihə dəniz limanlarına çıxış vasitəsilə Çinə, Avropaya və dünyanın digər regionlarına etibarlı marşrutu gerçəkləşdirməklə Mərkəzi Asiya və Cənubi Qafqazın potensialının inkişafını şərtləndirir.

Hazırda marşrut Çin–Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

Çini Avropa İttifaqı ilə Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə birləşdirən Orta Dəhliz ölkəmizin iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq layihədir. Bu layihə ilə əlaqədar fəaliyyətin gücləndirilməsi Qərblə Şərq arasında körpü rolunu oynayan Azərbaycan üçün mühüm önəm daşıyır.

Yeri gəlmişkən, sözügedən dəhlizlə bağlı bir məqamı da qeyd etmək istərdik. Əvvəlcə onu xatırladaq ki, bu günlərdə “Azərbaycan Dəmir Yolları” QSC-də Çinin Sian Beynəlxalq Limanının nümayəndə heyəti ilə keçirilən görüşdə Azərbaycanla Çin arasında bu marşrutla yükdaşımalar sahəsində əməkdaşlığın inkişaf etdiyini, bunun bariz nümunəsi kimi ilk dəfə olaraq ixrac yüklərinin Bakıdan dəmiryol nəqliyyatı ilə Çinə yola salındığı bildirilib.

Qeyd olunub ki, bu tarixi hadisə ilə iki ölkənin iqtisadi və nəqliyyat əlaqələri yeni mərhələyə qədəm qoyub və beləliklə, həm Şərqdən Qərbə, həm də əks istiqamətə yükdaşımaların həyata keçirilməsi Orta Dəhlizin səmərəliliyini daha da artırır. “Azərbaycan Dəmir Yolları” Çinlə əməkdaşlığı “Bir kəmər, bir yol” təşəbbüsü və Avrasiya Nəqliyyat Marşrutu çərçivəsində də intensiv inkişaf etdirməyə maraq göstərir.

“Azərbaycan Dəmir Yolları” ölkəmizin beynəlxalq nəqliyyat-logistika qovşağına çevrilməsi və respublika ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə yükdaşımaların artırılması məqsədilə bir sıra önəmli layihələr həyata keçirir. Bakı–Tbilisi–Qars dəmiryol xəttinin genişləndirilməsi və yük ötürücülük qabiliyyətinin ildə 5 milyon tonadək artırılması Şərq- Qərb istiqamətində yük axınının sürətləndirilməsinə imkan verir.

Qeyd edək ki, 2024-cü ilin əvvəlindən Çin Xalq Respublikasından Azərbaycan istiqamətinə 280 konteyner blok-qatarı yola salınıb. Bu ilin sonuna kimi Çindən müvafiq marşrut üzrə 300-dən çox konteyner blok-qatarının Azərbaycana qəbul edilməsi nəzərdə tutulub. 2025-ci il üçün blok-qatar sayının 3 dəfədən çox artırılaraq 1000-ə çatdırılması planlaşdırılıb.

Azərbaycan Orta Dəhlizin inkişafı istiqamətində indiyədək dəniz, dəmir, avtomobil yolları, hava nəqliyyatı ilə bağlı genişmiqyaslı layihələr həyata keçirib. Bu isə Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyənin sözügedən marşrutun potensialının tam hərəkətə gətirilməsi məqsədilə 2022-ci ildə imzalanan və 2022–2027-ci illəri əhatə edən Yol Xəritəsinə, eləcə də özünün müəyyənləşdirdiyi uzunmüddətli strategiyaya sadiqliyinin ifadəsi olaraq respublikamızın nəqliyyat və logistika dəhlizinə çevrilməsi yolunda atdığı inamlı addımların təsdiqidir.

Qeyd edək ki, Asiya ilə Avropanı birləşdirən Orta Dəhliz ideyası dünyada baş verən gərgin geosiyasi proseslər fonunda irəli sürülüb. 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə bu layihə həyata vəsiqə alıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub.

Hazırda Çin–Qazaxıstan sərhədindən başlayan marşrut Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Orta Dəhliz təkcə Azərbaycanın deyil, regiondakı digər dövlətlərin də iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq nəqliyyat layihəsidir. Onun iqtisadi baxımdan səmərəli olması ilə yanaşı, siyasi əhəmiyyəti də az deyil. İndi dünyanın ən iddialı iqtisadi proqramı hesab olunan, Çin və Avropanı inkişaf etmiş yollar, yüksək sürətli dəmir yolu xətləri, elektrik xətləri, limanlar, boru kəmərləri və digər mühüm infrastruktur vasitələri ilə birləşdirməyi hədəfləyən bu layihə 65 ölkəni və dünya üzrə ümumi daxili məhsulun 40 faizini əhatə edir. Dünya Bankının məlumatına görə, hazırda dəhliz boyunca yerləşən 70 ölkədə (Çin istisna olmaqla) “Bir kəmər–bir yol” təşəbbüsü çərçivəsində investisiyalar 575 milyard ABŞ dolları təşkil edir

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Dekabr 2024 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see311

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see250

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see213

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see206

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see204

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see190

AFFA nın Hesabat Konfransı keçiriləcək

21 Avqust 2026 16:47see189

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see172

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see171

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see170

Aqrar inkişafın yeni mərhələsi və ADAU nun tarixi missiyası

21 Avqust 2026 23:22see170

Azərbaycanda respondentlərin 88% dən çoxu azyaşlıların sosial şəbəkələrə giriş qadağasını dəstəkləyir

21 Avqust 2026 14:14see164

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see163

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see154

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see151

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see151

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see150

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see149

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see149

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri