Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Azərbaycanda İnstaqram və Tiktok işləmir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

Şərqi Almaniyanın etiraz səsi Berlini silkələyir

Şərqi Almaniyanın etiraz səsi Berlini silkələyir

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AfD dalğası yeni siyasi dövrün başlanğıcı kimi dəyərləndirilir

Avropada uzun illər sabitlik modeli sayılan Almaniya hazırda dərin siyasi və ictimai keçid mərhələsinə daxil olub. İkinci Dünya müharibəsindən sonra formalaşmış siyasi konsensus, mərkəzçi partiyaların dominantlığı və liberal-demokratik təsisatların toxunulmazlığı artıq əvvəlki qədər möhkəm görünmür.

Son aylarda keçirilən ictimai rəy sorğuları göstərir ki, Almaniyada ifrat sağçı mövqeyi ilə tanınan “Alternative für Deutschland” (AfD) partiyası sürətlə güclənərək bəzi sorğularda hakim mühafizəkarları belə qabaqlamağa başlayıb. Bu tendensiya təkcə Almaniyanın daxili siyasi həyatında dəyişiklik anlamına gəlmir. Eyni zamanda, Avropa İttifaqının gələcək siyasi xətti, NATO daxilində münasibətlər sistemi və transatlantik əməkdaşlığın taleyi baxımından da ciddi siqnallar verir.

Partiya Almaniya cəmiyyətində uzun illər yığılan narazılıqların, sosial bərabərsizliyin, miqrasiya böhranının, enerji siyasətindəki uğursuzluğun və geosiyasi dəyişikliklərin siyasi nəticəsi kimi formalaşıb. Amma son dövrlər baş verən beynəlxalq hadisələr, xüsusilə ABŞ-ın Yaxın Şərq siyasəti, İran ətrafında artan gərginlik və enerji bazarındakı dalğalanmalar Almaniyada ictimai əhvali-ruhiyyəni dəyişdirib. Alman cəmiyyətinin müəyyən hissəsi hesab edir ki, rəsmi Berlin Vaşinqtonun geosiyasi maraqlarına həddindən artıq bağlı vəziyyətə düşüb və bunun iqtisadi nəticələrini adi vətəndaş ödəyir.

Sözügedən narazılıq xüsusilə Şərqi Almaniyada daha kəskin hiss olunur. Vaxtilə sovet təsiri altında yaşayan bu regionlarda anti-Amerika ritorikasının güclənməsi təsadüfi deyil. Tarixi yaddaş, iqtisadi gerilik, sosial narazılıq və mərkəzi hakimiyyətə qarşı inamsızlıq AfD üçün münbit siyasi zəmin formalaşdırır. Partiya isə bu narazılığı milli suverenlik, enerji təhlükəsizliyi və “Berlin elitalarına qarşı xalqın müdafiəsi” kimi populist şüarlarla siyasi kapitala çevirməyə çalışır.

“Toxunulmaz siyasi sistem” niyə sarsıldı?

Mərkəz sağ və mərkəz sol partiyalar arasında formalaşan balans əvvəllər də siyasi radikalizmin qarşısını alırdı. Lakin son onillikdə həmin model tədricən zəifləməyə başladı. Angela Merkel dövründə Almaniya iqtisadi baxımdan güclü görünsə də, paralel şəkildə bir sıra strateji problemlər dərinləşirdi. Miqrasiya siyasəti cəmiyyət daxilində parçalanma yaradırdı. Enerji təhlükəsizliyi məsələsi Rusiyadan asılı vəziyyətə gətirilirdi. Qloballaşmanın yaratdığı imkanlardan əsasən böyük şəhərlər və iri şirkətlər faydalanır, regionlar arasında inkişaf fərqi isə artırdı.

2022-ci ildən sonra Ukrayna müharibəsi ilə birlikdə Almaniyanın siyasi balansı daha ciddi sınaq qarşısında qaldı. Rusiya qazından imtina qərarı rəsmi Berlinin sənaye modelinə ağır təsir göstərdi. Elektrik və istilik xərcləri kəskin yüksəldi. İstehsal müəssisələrinin bir hissəsi fəaliyyətini azaltmağa başladı. Əhalinin gəlirləri inflyasiya fonunda zəiflədi. Mühüm məqamlardan biri isə Almaniya cəmiyyətinin müəyyən hissəsinin bütün prosesləri Vaşinqtonun geosiyasi kursu ilə əlaqələndirməsidir.

İran böhranı

Yaxın Şərqdə gərginliyin artması Avropa dövlətləri üçün iqtisadi sabitlik problemi kimi də qiymətləndirilir. İran ətrafında yaranan böhran enerji bazarlarında qiymət artımı yaradır. Almaniya kimi böyük sənaye ölkəsi üçün enerji qiymətləri iqtisadiyyatın əsas sinir sistemidir. Alman biznes dairələri hesab edir ki, Yaxın Şərqdə yeni müharibə Avropa iqtisadiyyatı üçün yeni enerji şoku yarada bilər. Onsuz da Ukrayna müharibəsindən sonra enerji böhranı yaşayan Almaniya üçün bu, ikinci ağır zərbə anlamına gəlir. Məhz bu fonda AfD ABŞ siyasətinə qarşı daha sərt mövqe nümayiş etdirməyə başlayıb. Partiya Almaniyanın Vaşinqtonun xarici siyasət prioritetlərinə kor-koranə şəkildə qoşulmamalı olduğunu bildirir. AfD nümayəndələri açıq şəkildə bəyan edirlər ki, Almaniya, ilk növbədə, öz iqtisadi maraqlarını və enerji təhlükəsizliyini düşünməlidir.

Niyə məhz Şərqi Almaniya?

AfD-nin ən böyük dayaqları Şərqi Almaniyadadır. Keçmiş Almaniya Demokratik Respublikasının ərazisində yaşayan əhali uzun illər özlərini ölkənin qərb hissəsi ilə müqayisədə ikinci planda hiss edir. Rəsmi olaraq Almaniyanın birləşməsindən 37 il keçsə də, iqtisadi və sosial fərqlər tam aradan qalxmayıb. Şərqi Almaniyada maaş səviyyəsi hələ də qərb regionlarından aşağıdır. Bu regionlarda dövlətə və ənənəvi partiyalara inamsızlıq daha yüksəkdir. Prosesdə tarixi amillər də mühüm rol oynayır. “Soyuq müharibə” dövründə sovet təsiri altında yaşayan Şərqi Almaniyada ABŞ-a münasibət Qərbi Almaniyadan fərqli formalaşıb. Burada anti-Amerika düşüncəsi müəyyən tarixi və ideoloji köklərə malikdir. Hazırda isə iqtisadi problemlər bu düşüncəni yenidən aktivləşdirir. AfD də sözügedən narazılığı çox ustalıqla idarə edir. Partiya Şərqi Almaniyada “Berlin elitaları”, “qlobalist dairələr” və “Amerikanın təsiri altında olan siyasətçilər” kimi ifadələrlə seçicilərin emosiyalarına təsir göstərir. Onlar Almaniyanın milli suverenliyinin zəiflədiyini və ölkənin xarici güclərin maraqları naminə hərəkət etdiyini iddia edirlər.

Sonda qeyd edək ki, bu gün Almaniyada baş verənlər, bütövlükdə, Qərb siyasi sistemində dəyişən balansın göstəricisidir. Anti-Amerika əhvalının güclənməsi və sosial narazılığın radikal siyasi ritorikaya çevrilməsi Avropada yeni siyasi reallıq formalaşdırır. Elə bu səbədən AfD-nin yüksəlişi yaxın illərdə beynəlxalq siyasətin ən mühüm proseslərindən biri kimi diqqətdə qala bilər.

Züriyyə QARAYEVA,
politoloq

Almaniyada AfD-nin güclənməsi təkcə miqrasiya məsələsi ilə izah olunmur. Artıq bu proses iqtisadi narazılıq, enerji qiymətləri, ABŞ siyasətinə etimadsızlıq və Berlinin xarici siyasət kursundan yorğunluqla birləşib. Xüsusilə Şərqi Almaniyada AfD bu narazılığı “Almaniya öz maraqlarını Vaşinqtonun xəttinə qurban verir” mesajı ilə siyasi kapitala çevirir. Son sorğularda AfD-nin bəzi bölgələrdə, xüsusilə Saksoniya Anhaltda 40 faizdən yuxarı dəstək alması bu tendensiyanın artıq sistemli siyasi dəyişiklik siqnalı olduğunu göstərir. Sözügedən tendensiya davam edərsə, Almaniyada ənənəvi partiya sistemi daha da parçalanacaq, koalisiya qurmaq çətinləşəcək və sağ populist gündəm mərkəzə daha güclü təzyiq göstərəcək.

AfD yaxın dövrdə federal hakimiyyətə gəlməsə belə, enerji, miqrasiya, Rusiya ilə münasibətlər və ABŞ hərbi mövcudluğu kimi mövzularda ümumi siyasi dili dəyişdirə bilər. Ən ciddi nəticə isə Almaniyanın transatlantik xəttində daxili legitimlik böhranının dərinləşməsi ola bilər. Yəni Berlin NATO və ABŞ-la strateji bağlılığını saxlayacaq, amma cəmiyyət daxilində “daha müstəqil Almaniya” tələbi güclənəcək və bu, Avropa siyasətində yeni gərginliklər yaradacaq.

Nəzrin ELDARQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 May 2026 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1053

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see354

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see351

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see262

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see255

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see254

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see244

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see237

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see224

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see213

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see211

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see204

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see198

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see191

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see187

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see184

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see181

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see180

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see169

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri