Icma.az
close
up
RU
Şərqi Avropa təhdid altında: Müharibənin sərhədləri genişlənə bilər...

Şərqi Avropa təhdid altında: Müharibənin sərhədləri genişlənə bilər...

Icma.az, Sitat.info saytına istinadən bildirir.

"Rusiya PUA-larla Polşanın hava məkanını pozaraq hücum xarakterli həmlələr etməsi, Qərbin Ukrayna ilə logistika zəncirini vurmaqdan ibarətdir. Qərbin Ukraynaya göndərdiyi silahları böyük partiyada Polşadan daxil olur. Ona görə də Polşanın hədəf seçilməsi, Qərbin nəbzini yoxlamaqdır. Əgər, ABŞ başda olmaqla, NATO ölkələri bu hücuma görə Rusiyaya qarşı sərt addımlar atmasa, bəyanatlarla kifayətlənsə, Rusiya Polşa ərazisində Ukraynaya göndərilən silah mərkəzlərini və logistika yolunu növbəti hücumlarda vura bilər".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, Rusiya Polşanı hədəf seçməklə, NATO-nu parçalamaq və Şərqi Avropanı nəzarət altına almağı hədəfləyir: "Rusiya prezidentinin belə bir addım atmasında ABŞ prezidenti D. Trampın ona loyal yanaşması və Alyaska görüşünün nəticəsidir. Göründüyü kimi, Rusiya hücum edir, Qərb isə, müdafiədə dayanaraq bu hücumun qarşısını almaqla, V. Putini dialoqa çağırır. ABŞ prezidenti nə Polşanı, nə də Avropanı müdafiə etmək niyyətində deyil. Həmçinin NATO-nun 5-ci maddəsinin tətbiqində maraqlı deyil. D. Tramp üçün əsas strateji siyasət İsrail və onun təhlükəsizliyini təmin etməkdir. Çünki, yəhudi lobbisi onu hakimiyyətə gətirib. Təbii ki, ABŞ-ın dövlət maraqları var. D. Tramp məcbur qalıb, Vaşinqtonun geosiyasi və beynəlxalq maraqlarını qorumalıdır".

Politoloq onu da vurğuladı ki, proseslərin V. Putinin planlaşdırdığı kimi getməsi mümkün görünmür: "Bir növ Putin Polşanın hava məkanını pozmaqla öz ayağına güllə atmış olur. Artıq bu Zelenskinin haqlı olduğu və təhlükəsizlik zəmanətinin strateji cəhətdən nə qədər lazım olduğunun göstərir. Həmçinin Putinin təkcə Ukrayna ilə kifayətlənməyəcəyini, digər Avropa ölkələrini hədəf alacağı tezisinin reallaşmasıdır".

M.Əsədullazadənin sözlərinə görə, demək olar ki, Avropanın təhlükəsizliyi təhdid olunur: "NATO-nun hava məkanının Rusiyanın döyüş PUA-sı pozub. Baş verənlər Qərb Alyansının daha da gücləndirilməsi və Ukraynaya hücum silahları verilməsi ilə nəticələnə bilər. Rusiyanın dərinliklərinə kütləvi hücumlar həyata keçirilərsə, Rusiyanın da Polşada və Baltikyanı ölkələrdə hərbi hədəfləri vurması mümkündür. Rusiyanın Polşaya hücumu bir daha göstərir ki, Ukraynaya ciddi hərbi yardımlar edilməsə, Şərqi Avropa Putinin tam hədəfində olacaq".

Tehran,

Sitat.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://sitat.info
archiveBu xəbər 10 Sentyabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri