Voleybolçularımız Şərqi Avropa turnirində
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının çempionatında iştirak edəcək.
Bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Estoniyada təşkil ediləcək turnirdə ev sahibi ilə yanaşı, Azərbaycan, Latviya, Gürcüstan, Ukrayna və Polşa yığmaları iştirak edəcəklər. B qrupunda yer alan millimizin rəqibləri Latviya və Estoniya kollektivləridir. U-16 noyabrın 27-də Estoniya, iki gün sonra Latviya ilə görüşəcək.
Yarış noyabrın 27–30-da keçiriləcək.
Qeyd edək ki, turnir AVRO-2025-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.
L.QURBANOVA
XQ
Bu mövzuda digər xəbərlər:Avropa çempionatı: Qadın voleybolçularımız Belçikaya uduzdu
26 Avqust 2026 20:17
Kişi voleybolçularımız Gümüş Avropa Liqasında mübarizəyə başlayır
12 İyun 2026 14:15
Çimərlik voleybolçularımız Avropa çempionatına qələbə ilə başladı
03 Sentyabr 2026 21:15
Voleybolçularımız U 22 Avropa çempionatında mübarizə aparıblar
14 Sentyabr 2026 15:40
Voleybolçularımız Belarusa yollanıb
06 İyun 2025 11:32
Baxış sayı:200
Bu xəbər 22 Noyabr 2024 01:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















