Icma.az
close
up
RU
Şərqşünas alim: İsrailin Qəzza şəhərini işğal etmək planı gözlənilən idi

Şərqşünas alim: İsrailin Qəzza şəhərini işğal etmək planı gözlənilən idi

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

İsrailin genişlənmə siyasəti heç vaxt dayanmayacaq


İsrail Qəzza şəhərinə genişmiqyaslı hücum hazırlayır. Bu barədə İsrailin “Kan” telekanalı məlumat yayıb. Müdafiə naziri İsrael Kats bu əməliyyatı “Gideonun Arabaları 2” adlandırıb və Qəzza şəhərinin artıq əvvəlki kimi olmayacağını bildirib. Bu açıqlama bölgədə gərginliyin daha da artacağından xəbər verir. Görünən odur ki, İsrailin məqsədi Qəzzanı tam nəzarətə götürmək və HƏMAS-ı oradan çıxarmaqdır. 


Şərqşünas alim Samid Bağırov Sherg.az-a İsrailin Qəzzadakı planları, bölgədə baş verən dəyişikliklər və gələcəkdə baş verə biləcək hadisələrin ehtimallarından söz açıb:


"İsrailin Qəzza şəhərini işğal etmək planı gözlənilən idi. Çünki 2023-cü il oktyabrın 7-dən sonra baş verən hadisələr göstərirdi ki, Qəzzanın tamamilə nəzarətə götürülməsi İsrailin əsas hədəflərindən biridir. Əvvəllər Qəzzanın Xan Yunis, Rəfah kimi bölgələrinin bir-biri ilə əlaqələri kəsilmiş, bir çox ərazi İsrailin nəzarətinə keçmişdisə, artıq mərkəzdə yerləşən Qəzza şəhərinin də tam nəzarətə götürülməsi planlaşdırılır. Bu müddət ərzində 60 mindən çox insan həyatını itirib. Rəsmi səhiyyə qurumlarının məlumatına görə 58 minə yaxın insanın ölümü qeydə alınıb. Bu hücumların əsas məqsədi Qəzza zolağını yaşamaq üçün yararsız hala salmaqdır. Əgər Qəzza zolağı tamamilə yararsız vəziyyətə gətirilərsə iki əsas ssenari gündəmə gələcək: ya əhalinin orada saxlanılması və hansısa inzibati qurumun idarə etməsi, ya da əhalinin kütləvi şəkildə köçürülməsi.

Qəzza zolağı dünyanın ən böyük açıq həbsxanası kimi tanınır. İki milyondan çox insana hava, su, qida və digər əsas ehtiyacların verilməsi ciddi şəkildə məhdudlaşdırılıb. Bölgədə böyük aclıq hökm sürür. Əvvəllər İsrail rəsmiləri 2 milyon yarımdan çox insanın idarə olunması məsələsini gündəmə gətirirdi. Lakin son bəyanatlarında baş nazir Benyamin Netanyahunun hökuməti nəinki HƏMAS-ın, hətta Ramallahda yerləşən Fələstin Muxtariyyətinə rəhbərlik edən Mahmud Abbasın administrasiyasının da Qəzzaya daxil olmasına imkan verilməyəcəyini bildirib".


Şərqşünas Beynəlxalq idarəetmə strukturunun təklif kimi irəli sürüldüyünü, son dövrlərdə ortaya çıxan bəzi məlumatların isə bu təklifin reallaşmayacağını göstərdiyini bildirib:

"Məlumata görə İsrail bir sıra Afrika ölkələri, o cümlədən Cənubi Sudanla razılığa gəlib ki, Qəzzadan çıxarılacaq fələstinlilər bu ölkələrdə yerləşdirilsin. İsrail rəsmiləri artıq açıq şəkildə bildirirlər ki, könüllü şəkildə bölgəni tərk edənlərə müəyyən şərait yaradılacaq. Əvvəllər qeyd edildiyi kimi Qəzzada bir çox bölgədə daş üstə daş qalmayıb. Ancaq hələ də tam İsrailin nəzarətinə keçməyən ərazilər var. Əgər İsrail Qəzza şəhərinə tam şəkildə daxil olsa, bölgədə yaşamaq üçün yararlı heç bir yer qalmayacaq. Bu səbəbdən hazırda 2 milyondan çox insanın köçürülməsi məsələsini İsrail ciddi şəkildə həyata keçirməkdədir.

Daha vacib məqam ondan ibarətdir ki, Qəzzanın və digər Fələstin bölgələrinin işğalı təkcə hərbi-strateji məqsədlərlə deyil, həm də İsrail hakimiyyət dairələrinin ideoloji baxışları ilə birbaşa əlaqəlidir. Təxminən bir həftə öncə Qərb mediasında yayımlanan məlumatlara əsasən İsrailin baş naziri Benyamin Netanyahu “Böyük İsrail” ideyasının gerçəkləşdirilməsini həm maddi, həm də mənəvi məsuliyyəti kimi qəbul edir. Bu kontekstdə ABŞ siyasətində də İsrailə yönəlik açıq dəstəklər müşahidə olunur. Məsələn, ABŞ senatoru Ted Kruz məşhur çıxışlarından birində İsrailin müdafiəsini müqəddəs kitabda qeyd olunan Bəni-İsrailin qorunması vacibliyi ilə əsaslandırır. Onun fikrincə İsrailin təhlükəsizliyi dini və ideoloji məsələdir və ABŞ üçün strateji əhəmiyyət daşıyır. Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp da bir müsahibəsində qarşısındakı kiçik kağız və qələmlə İsrailin coğrafi baxımdan nə qədər kiçik olduğunu göstərərək ətrafdakı ərəb dövlətlərinin İsraildən qat-qat böyük olduğunu bildirib. Qərb dairələrində, başda ABŞ olmaqla İsrail ərazilərinin genişlənməsi üçün dəstəklər verilir. Bir sıra beynəlxalq instansiyalarda bu barədə hər hansısa qətanamə qaldıranda da veto qoyur".


Alim hazırkı gedişatın Qəzzada məhdud da olsa nəzarəti əlində saxlayan HƏMAS təşkilatının silahı yerə qoymaq niyyətində olmadığını söyləyib:

"Regiondakı ümumi vəziyyət, xüsusilə Suriyada və İordan çayının qərb sahilində baş verən hadisələr fonunda, HƏMAS və Hizbullah kimi silahlı qrupların müqavimət mövqeyini qoruyub saxlayacağı ehtimalı güclüdür. Bu isə yaxın gələcəkdə bölgədə qarşıdurmaların daha da dərinləşəcəyinə işarə edir.

Suriyada Bəşər Əsədin devrilməsi və üsyançıların müəyyən bölgələrdə hakimiyyəti ələ keçirməsindən sonra müşahidə etdik ki, İsrail Suriyanın Qüneytrə vilayətində və Dəməşq ətrafında strateji əhəmiyyətə malik əraziləri nəzarətə götürdü. Daha sonra isə Dəra və Süveyda bölgələrində, xüsusilə druz icmaları arasında baş verən iğtişaşlarda İsrailin aktiv şəkildə iştirak etdiyi bildirildi. Bu hadisələr onu göstərir ki, İsrail üçün bölgədəki dövlətlərin mövqeyi, hətta Qərbin tərəfdaşları belə, ikinci plandadır, əsas prioritet isə strateji maraqlar və genişlənmə siyasətidir".


Müsahibimiz İsrailin genişlənmə siyasətinin heç vaxt dayanmayacağını deyib: 

"1980-ci illərdə İsrail bir neçə gün ərzində Livanın paytaxtı Beyruta qədər irəliləmişdisə, son dövrlərdə Livanın cənubunda cəmi 7-10 km-lik bir sahədə belə irəliləyə bilmədi. Bu fakt bölgədə fəaliyyət göstərən silahlı qruplar üçün bir siqnaldır. Əgər silah yerə qoyularsa, İsrail öz genişlənmə siyasətini daha sürətli və rahat şəkildə həyata keçirə bilər. Ona görə də bu təşkilatlar özlərinin varlığını və hədəflərini qorumaq üçün silahlı müqaviməti davam etdirməkdə qərarlıdırlar".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Avqust 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri