Şərqşünas alim Yevgeniy Paxomovun 145 illiyi ilə əlaqədar elmi seminar keçirilib
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 14 noyabr, AZƏRTAC
AMEA Arxeologiya və Antropologiya İnstitutunda numizmat-arxeoloq Yevgeniy Paxomovun anadan olmasının 145 illiyi münasibətilə elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminara elmi işlər üzrə direktor müavini dosent Zaur Həsənov rəhbərlik edib. O bildirib ki, Bakı Dövlət Universitetinə dərs deməyə dəvət olunan Yevgeni Paxomov 1920-ci ildə Bakıya köçərək bütün yaradıcı həyatını Azərbaycan tarixinin öyrənilməsinə həsr edib. Azərbaycanda numizmatikanın bir elm kimi təşəkkülü, numizmatika fondunun yaradılması və sonrakı uğurları məhz Yevgeni Paxomovun adı ilə bağlıdır. Bununla yanaş, onun fəaliyyətinə baxış birmənalı deyil. “Bugünkü seminarda biz Y.Paxomovun həyat və yaradıcılığına işıq salacaq, onun elmi fəaliyyətinə ziddiyyətli münasibəti yaradan səbəblərdən bəhs edəcək məruzələri dinləyəcəyik”, – deyə Zaur Həsənov bildirib.
Seminarda “Yevgeniy Paxomovun elmi-pedaqoji irsi”, “Yevgeniy Paxomovun yaradıcılığı”, “Yevgeniy Paxomovun Zaqatala səddinin tədqiqində rolu”, “Professor Yevgeniy Paxomovun mirası: Numizmatika fondu”, “Yevgeniy Paxomovun Azərbaycanda numizmatika məktəbinin yaradılmasında rolu” mövzularında məruzələr dinlənilib.
Bildirilib ki, Y.Paxomov Azərbaycanın sovet dönəmində numizmatika, epiqrafika, şərqşünaslıq, tarix və arxeologiya sahəsinin formalaşmasında, göstərilən elm sahələri üzrə milli kadr potensialının yaradılmasında böyük rol oynayıb. Onun fəaliyyətinə yönəli ziddiyyətli münasibəti doğuran əsas səbəblər isə topladığı qiymətli numizmatik kolleksiyanın böyük bir hissəsini Ermitaj muzeyinə (Sankt-Peterburq) bağışlamasından qaynaqlanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:18
Bu xəbər 14 Noyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















