Icma.az
close
up
RU
Şərqşünas alim Duysburqda türk əslli ədiblərlə görüşüb

Şərqşünas alim Duysburqda türk əslli ədiblərlə görüşüb

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin müdiri, filologiya ürə fəlsəfə doktoru, dosent Səriyyə Gündoğdu dekabrın 21-də Almaniyanın Duisburq şəhərində Avropada yaşayan Türkiyə əslli şair və yazıçıların iştirakı ilə keçirilən "KU-Lİ Ədəbiyyat Buluşması" adlı beynəlxalq əhəmiyyətli görüşdə iştirak edib. Görüşdə mühacir ədəbiyyatının dünəni, bu gününü və gələcək problemləri müzakirə edilib.

XQ xəbər verir ki, tədbirin ən mühüm məqamlarından biri Səriyyə Gündoğdunun qələmə aldığı "Almaniyada Türk ədəbiyyatı - ədəbi portretlər" kitabının təqdimatı olub. 60-dan çox mənbənin araşdırılması ilə hazırlanan bu genişmiqyaslı əsərdə Almaniyaya tələbə, işçi və ya mühacir kimi gəlmiş üç müxtəlif nəsildən olan 30-dan çox yazıçı və şairin portreti yer alır. Kitab, Almaniyaya köçdən sonra formalaşan Türk ədəbiyyatının tarixi inkişafını və bu ədəbiyyatın mədəniyyətlərarası münasibətlərdəki rolunu dərindən araşdırır.

Yücəl Feyzioğlu, Mevlüt Asar və Aydın Sayılan kimi bir çox tanınmış simaların qatıldığı tədbirdə, yazıçılar Almaniyadakı ədəbi fəaliyyətlərindən bəhs edərək interkultural kontekstdə inkişaf edən Türk ədəbiyyatının aktual problemlərinə toxunublar. Almaniyada yaşayan Türkiyə kökənli ədiblər azərbaycanlı alimin bu sahədəki akademik fəaliyyətini yüksək qiymətləndiriblər. Dünya şöhrətli yazıçı Yücəl Feyzioğlu Səriyyə Gündoğdunu bu sahədə tədqiqat aparan ilk azərbaycanlı alim olduğu üçün "Almaniyadakı Türkiyə kökənli yazıçıların Azərbaycandakı fəxri elçisi" adlandırıb.

Səriyyə Gündoğdu görüşdəki çıxışında məqsədini bu sözlərlə ifadə edib: "Almaniyadakı yazıçılar yalnız ədəbiyyat yaratmadılar, həm də Türk insanını Avropaya tanıtdılar və problemləri göstərərkən Avropa insanına da güzgü tutdular. Mən də onları Azərbaycanın elmi və ədəbi cəmiyyətə tanıdaraq həqiqi ədəbiyyatın nələrə qadir olduğunu göstərməyə çalışıram".

Bu görüş mədəniyyətlərarası ədəbiyyatı iki fərqli sahili bir-birinə bağlayan möhkəm bir körpüyə bənzədir. Bu körpünün dayaqları dil və ənənələrdən ibarət olduğu halda, onun üzərindən keçən hər yeni əsər xalqlar arasındakı anlaşmanı və ünsiyyəti daha da gücləndirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Dekabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri