Icma.az
close
up
RU
Şərqşünas alimin elmi irsinə həsr edilmiş dəyirmi masa keçirilib

Şərqşünas alimin elmi irsinə həsr edilmiş dəyirmi masa keçirilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 15 may, AZƏRTAC

AMEA-nın Gəncə bölməsində görkəmli şərqşünas-alim, professor Qəzənfər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş dəyirmi masa keçirilib.

Tədbirdən əvvəl iştirakçılar alimin Gəncə şəhər Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

Bu barədə AZƏRTAC-a AMEA-nın Gəncə bölməsindən məlumat verilib.

Tədbirdə Gəncə bölməsinin sədri akademik Fuad Əliyev çıxış edərək professor Qəzənfər Əliyevin elmi fəaliyyətinin əsas istiqamətini Nizami Gəncəvi irsi və onun Şərq ədəbiyyatına təsirinin öyrənilməsi olduğunu bildirib, bu baxımdan alimin özünəməxsus elmi məktəb yaratdığını vurğulayıb.

Akademik Fuad Əliyev qeyd edib ki, alimin “Nizaminin mövzu və süjetləri Şərq xalqları ədəbiyyatında” adlı son kitabında XIII-XX əsrlərdə Nizami mövzularında müxtəlif dillərdə yazılmış 600-dən çox əsər və onların müəllifləri barədə məlumatlar toplanıb.

Sonra AMEA-nın Gəncə bölməsi Nizami Gəncəvi Mərkəzinin elmi işçi Türkan Verdiyeva “Qəzənfər Əliyevin həyatı və yaradıcılığı”, Gəncə bölməsinin elmi işlər üzrə sədr müavini dosent Əlimuxtar Muxtarov “Qəzənfər Əliyevin tədqiqatlarında Nizami Gəncəvi və Şərq mövzusu” mövzusunda məruzələrlə çıxış ediblər. Dəyirmi masada, həmçinin “Qəzənfər Əliyevin Nizami mövzu və süjetləri, Şərq xalqları ədəbiyyatında monoqrafiyası haqqında”, “Nizami yurdunun görkəmli alimi” və “Qəzənfər Əliyev - alim və insan” mövzularında çıxışlar dinlənilib.

Qeyd olunub ki, Qəzənfər Əliyev “Nizami Gəncəvinin “Xosrov və Şirin” və Əmir Xosrov Dəhləvinin “Şirin və Xosrov” poemalarının müqayisəli təhlili” mövzusunda namizədlik, “Farsdilli ədəbiyyatın təşəkkülü problem” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Onun Şərq xalqları ədəbiyyatına həsr olunmuş 160-dan çox elmi məqaləsi Azərbaycanda və xaricdə müxtəlif dillərdə nəşr olunub. Alimin yaradıcılığında “Hindistanın farsdilli ədəbiyyatı” monoqrafiyası da xüsusi yer tutur.

Qəzənfər Əliyev Moğollar dövrünün görkəmli dövlət xadimi və sərkərdəsi Bayram xan Baharlının bədii irsini üzə çıxarıb tədqiq edib. Bu baxımdan “Türkmən şairi Bayram xan” kitabı alimin kəşfidir. O, “Türkmən ədəbiyyatı tarixi”nin müəlliflərindən biri olub və bütün bu xidmətləri müqabilində 1980-ci ildə Türkmənistanın Dövlət Mükafatına layiq görülüb.

Dəyirmi masada Gəncə Dövlət Universitetinin dosenti Afaq Yusifli də çıxış edərək, görkəmli alimlərimizin elmi irsinə həssas münasibətə görə AMEA-nın Gəncə bölməsinin kollektivinə təşəkkürünü bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri