Icma.az
close
up
RU
Tramp və Si Cinpin görüşündə hansı məsələlər müzakirə olunacaq? Metyu Brayza detalları açıqladı

Tramp və Si Cinpin görüşündə hansı məsələlər müzakirə olunacaq? Metyu Brayza detalları açıqladı

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Oktyabrın 30-da ABŞ prezidenti Donald Tramp Çin lideri Si Cinpin ilə görüşəcək. Tramp bildirib ki, Çin Rusiyaya mühüm təsir imkanlarına malikdir və bu kontekstdə görüşdə Rusiya-Ukrayna müharibəsi də müzakirə olunacaq. Gözlənilən ABŞ-Çin görüşü Ukrayna müharibəsinin gedişatına hansı dərəcədə təsir göstərə bilər? ABŞ Çin vasitəsilə Rusiyaya təzyiq göstərərək müharibənin başa çatmasına nail ola bilərmi? Ümumilikdə bu görüşdən hansı gözləntilər var?

ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa və Avrasiya məsələləri üzrə keçmiş direktoru, Vaşinqtonun Bakıdakı sabiq səfiri Metyu Brayza deyib ki,  ABŞ prezidenti Donald Tramp ilə Çin Kommunist Partiyasının baş katibi və Çin prezidenti Si Cinpin arasında keçiriləcək görüşün nəticəsində, Çinin Rusiyaya təzyiq göstərərək müharibəni dayandırmağa razılaşacağı ehtimalı, demək olar ki, çox azdır:

“Hərçənd Çin müharibə boyu Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib və görünür ki, Putini nüvə silahından istifadə etməkdən və ya bu silahla hədələməkdən çəkindirməyə çalışıb. Bundan başqa, Çin və Rusiya arasında bəzən siyasi və iqtisadi gərginliklər olsa da, onlar ümumilikdə eyni mövqedən çıxış edirlər: əsas xarici siyasət məqsədləri ABŞ-ın dünyadakı təsir imkanlarını məhdudlaşdırmaqdır. Si Cinpinin rəhbərliyi altında Çin Rusiyaya hərbi və ya ikiqat təyinatlı texnologiyalar ötürür. Bu texnologiyaları Rusiya satın ala bilir, üstəlik, Çin həm Rusiyaya maliyyə dəstəyi göstərərək  müharibənin davam etdirməsinə imkan yaradır. Buna görə də Çin tərəfinin ABŞ-la birgə işləyib Rusiyaya təzyiq göstərməkdə strateji marağı yoxdur”.

Metyu Brayza qeyd edib ki, həm Si Cinpin, həm də Tramp bu müharibənin başa çatmasını istəyirlər:

“Onlar müharibənin uzanmasında maraqlı deyillər. Ola bilsin, görüş zamanı Putini müharibədən çıxış yolu axtarmağa razı salmaq istiqamətində məsələlər müzakirə etsinlər. Amma bu, təzyiq formasında olmayacaq. Məncə, Si Cinpin və Tramp daha çox Putini müharibəni dayandırmağa təşviq edəcək stimullar barədə danışacaqlar. Ümumilikdə isə Si Cinpinlə Tramp arasındakı görüşün əsas məqsədi iki ölkə arasında ticarət sazişi əldə etmək və böyük ticarət müharibəsinin qarşısını almaqdır. Çünki Tramp Çinə qarşı əlavə gömrük rüsumlarını — 100 faiz və ya daha çox — tətbiq etməklə hədələyib. Bu qərarı isə Çinin ABŞ-a müasir iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyan nadir metalların ixracını məhdudlaşdırmaq təhdidinə cavab kimi verib. Yaşıl enerjiyə keçidi, müdafiə, yarımkeçiricilər və gündəlik qlobal iqtisadiyyatımızın müxtəlif avadanlıqları mərkəz mövzulardandır. Bildirilir ki, görüş zamanı ABŞ-da TikTok-un fəaliyyət göstərməyə davam etməsi üçün razılıq əldə etmək məsələsi də müzakirə olunacaq. Bu, Konqresin TikTok-un Çin sahibindən alınıb Amerika sahibinə verilməsini tələb edən qanunu ilə bağlıdır. Detallar hələ açıqlanmayıb, heç kim onları dəqiq bilmir, amma bu görüşün diqqət mərkəzində olacaq”.

Tramp və Si Cinpin əsasən ticarət müharibəsindən qaçmaq və şəxsi münasibətlərindən istifadə edərək iki ölkənin iqtisadiyyat və biznes sahəsində əməkdaşlıq yollarını tapmaq üzərində işləyəcəklər:

 “Çünki Trampın əsas marağı ABŞ-ın ticarət kəsirlərini azaltmaq və ABŞ-ın investisiya və biznes mövcudluğunu dünyadakı təsirini göstərmək üçün istifadə etməkdir. Bu, Çin üçün də faydalı ola bilər, çünki ABŞ investisiyaları Çin iqtisadiyyatının böyüməsinə kömək edəcək. Eyni zamanda, Çin bunu ABŞ-ın təzyiq göstərmək cəhdi kimi qəbul etməməlidir. Əvvəllər ABŞ tez-tez Çin hökumətinə insan hüquqlarını yaxşılaşdırmaq və Şinjiangda uyğurlara qarşı təqibləri dayandırmaq üçün təzyiq göstərməyə çalışırdı. Çin isə bunu ABŞ-ın onlara təzyiq göstərməsi kimi qəbul edirdi.

Məncə, Prezident Tramp bunu etməyəcək. Əksinə, o, şəxsi dostluq münasibətinə əsaslanaraq bir növ yaxın əməkdaşlıq və dostluq qurma yollarını axtaracaq”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Oktyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see375

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri