Leyla Əliyeva dünya xalçaçılıq tarixinin Şuşa məscidi üçün toxunan ən böyük dairəvi xalçası ilə tanış olub
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Heydər Əliyev Fondu, “PAŞA Holdinq” və “PMD Projects”in təşkilatçılığı ilə “Azərxalça” ASC-nin yaradıcı heyəti və toxucu komandası ümumdünya xalçaçılıq tarixinin ən böyük dairəvi əl xalçasını (diametri 22.17 m x 22.17 m) toxuyur.
“Azərxalça” ASC-dən APA-ya bildirilib ki, adı çəkilən möhtəşəm xalça Şuşa məscidi üçün nəzərdə tutulub. "Qarabağ" qrupuna aid, "Xətai" xalçasının elementlərini üzərində daşıyan xalçanın əsas toxunma prosesi İsmayıllı və Şabran emalatxanalarında baş tutur. 150 xalçaçı xanımın toxuduğu xalsa üzərində işə ötən ilin dekabrından başlanılıb.
Oktyabrın 27-də bu möhtəşəm xalçanın toxunma prosesi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tanış olub. Leyla xanım xalça ilə tanışlıqdan sonra toxucularla vaxt keçirib və tarixi xalçanın bir hissəsinə çevrilərək ona ilmə atıb.
Məlumat üçün bildirək ki, xalçanın tam şəkildə toxunması üçün yeni və fərqli üslubda dəzgah da sifariş olunub. İki mərtəbədən ibarət dəzgah İrandan dəvət olunmuş bir qrup mütəxəssis tərəfindən xüsusi olaraq “Azərxalça” ASC üçün hazırlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 28 Oktyabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















