Icma.az
close
up
RU
Mehdiyevin yeni iqtidar modeli ni hansı məşhur siyasətçi hazırlayıb? Sürpriz ad!

Mehdiyevin yeni iqtidar modeli ni hansı məşhur siyasətçi hazırlayıb? Sürpriz ad!

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istədiyi ilə bağlı məktub yayılıb. Bu kontekstdə müzakirələr daha da qızğın hal alıb. Belə ki, ötən gün Müsavat Partiyasının başqanı İsa Qəmbər bu məktuba münasibət bildirib. O qeyd edib ki, məktubda dövlət idarəçiliyinin yeni modeli təklif olunur:

“Bu məktubun həqiqi və ya saxta olmasından asılı olmayaraq, seçki, referendum, islahat, hakimiyyət bölgüsü və s. demokratiya atributlarının tez-tez təkrarlanmasına baxmayaraq, təklif edilən model əslində diktaturaya zəmin yaradan avtoritar hakimiyyət sistemidir.

Açar cümlə budur:

“Qanunverici, icraedici və məhkəmə hakimiyyətinin fəaliyyətinə nəzarət Dövlət Şurası tərəfindən həyata keçiriləcək”.

Bu orqanın seçki yolu ilə formalaşacağı vədi heç kimi aldada bilməz. İndiki hakimiyyətin (əgər məktub saxtadırsa) və Ramiz Mehdiyevin (əgər məktub gerçəkdirsə) necə “seçki” keçirdiyi hamıya bəllidir”.

Sözügedən paylaşıma münasibət bildirən Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı qeyd edib ki, Ramiz Mehdiyevin yazdığı məktub təxminən 2003-cü ildə Etibar Məmmədovun onlara təklif etdiyi modelə oxşayır (həm vaxt Azərbaycanda prezident seçkisi keçirilirdi və bir neçə müxalifət partiyası aralarında gələcək hakimiyyətin bölgüsünü aparırdı. Danışıqlar üçün hətta ABŞ-da Rəsul Quliyevlə də görüş keçirilmişdi. Görüş nəticəsiz başa çatmışdı -red.). Yəni Dövlət Şurası sədrinin ümumxalq səsverməsindən keçmədən dövlətə rəhbərlik etməsi nəzərdə tutulurdu.

Onun bu fikirlərinə cavab verən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov isə Arif Hacılının reallığı təhrif etdiyini bildirib. O qeyd edib ki, Etibar Məmmədov həmin dövrdə ən demokratik, ədalətli və hər kəsi qane edən bir təklif irəli sürmüşdü.

Bəs reallıq necədir? Etibar Məmmədovun 2003-cü ildə təqdim etdiyi təkliflə Ramiz Mehdiyevin təklifi həqiqətən də oxşardırmı?

Globalinfo.az-a danışan Arif Hacılı bildirib ki, təklifin əsas mahiyyəti İsa Qəmbərin prezidentliyə namizədliyinin müdafiə olunmasına yönəlmişdi:

“Təklifə əsasən, prezidentin də daxil olduğu Dövlət Şurası yaradılmalı idi və bu Şuraya Etibar Məmmədovun rəhbərlik etməsi nəzərdə tutulurdu. Dövlətin əsas məsələləri həmin Şuranın qərarı ilə müəyyənləşməli idi. Bu modeldə Etibar bəy prezident seçkilərində iştirakdan imtina etməklə yanaşı, seçkilərdə iştirak etmədən faktiki olaraq dövlət rəhbərliyi funksiyalarını icra etmək iddiasını irəli sürmüşdü. Bu təklifin qəbul edilməsi isə mümkün deyildi, çünki belə bir model həmin dövrdə də, indi də qüvvədə olan Konstitusiyamıza ziddir.

Yazdığım şərhdə məqsəd, Etibar Məmmədovun İsa Qəmbərə prezident seçkilərində güzəştə getməsi ilə bağlı illərdir dolaşan spekulyasiyalara son qoymaq idi. Fikirlərimin reallığı təhrif etdiyini düşünənlər, əgər o proseslərdə iştirak ediblərsə, yaxşı olar ki, faktlara əsaslansınlar. Güman edirəm ki, onların çoxu həmin proseslərdə iştirak etməyib”.

Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov isə saytımıza açıqlamasında bunları deyib:

Əli Orucov

“2003-cü il hadisələri haqqında bəzi şəxslərin baxışları təhrif olunmuş şəkildədir. Həmin proseslərin şahidi olmuşuq, içində olmuşuq. Bu, elə bir uzaq tarix deyil ki, kimsə onu başqa istiqamətdə yozsun. O zaman iki əsas seçki bloku var idi: biri “Qələbə” bloku idi – Əli Kərimli və Etibar Məmmədovun birgə bloku; digəri isə “Bizim Azərbaycan” seçki bloku idi ki, burada İsa Qəmbərin namizədliyi irəli sürülmüşdü.

Müxalifətin birləşməsi və birgə mübarizə aparması üçün təşəbbüslər vardı. Hətta ABŞ-da Rəsul Quliyevin də iştirakı ilə görüşlər keçirilmiş, ilkin razılaşmalar əldə olunmuşdu. Lakin sonradan həmin razılaşmaların şərtlərinə uyğun olmayan addımlar atıldı və bunun səbəbkarı Müsavat Partiyası oldu.

Ziyalılar Forumu nümayəndələri dəfələrlə Etibar Məmmədovla görüşdülər. Bir çox ziyalı və siyasi xadim müxalifətin birləşməsi və ortaq məxrəcə gəlməsi üçün danışıqlar apardı. Etibar bəy də öz iddialarını bir qədər geri çəkməyə razı idi. Həmin vaxt sazişin layihəsi də hazırlanmışdı və onun müəlliflərindən biri Fuad Ağayev idi. Razılaşmaya görə, İsa Qəmbərin namizədliyi dəstəklənəcək, seçkilərdən sonra parlament seçkiləri keçiriləcək, yeni Konstitusiya və idarəetmə modeli formalaşdırılacaqdı.

İsa Qəmbərin qarşısına iki şərt qoyulmuşdu: ya Baş nazirin səlahiyyətləri genişləndirilməli, ya da Prezidentin səlahiyyətləri qəbul edilməli idi. O isə bildirdi ki, “mən səlahiyyətsiz prezident olmaq istəmirəm, bütün səlahiyyətlər məndə olmalıdır”. Buna görə də, razılaşma pozuldu. Seçkidə İsa Qəmbər uduzdu, etirazlar başladı. Lakin Dövlət Şurası sədrinin ümumxalq səsverməsindən keçmədən dövlətə rəhbərlik etməsi modeli həmin təklifdə yer almamışdı”.

Qeyd edək ki, Modern.az məsələ ilə əlaqədar Etibar Məmmədovun özü ilə də əlaqə saxlayıb. O, Arif Hacılının iddiasını cəfəng adlandırıb və danışmaq istəmədiyini deyib.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Oktyabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see242

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see226

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see220

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see211

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see206

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see198

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see188

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see160

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see135

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see134

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri