Icma.az
close
up
RU
“Şərt ancaq “Qarabağ”ı udmaqdırsa, məntiqi anlamıram” Samir Abasov

“Şərt ancaq “Qarabağ”ı udmaqdırsa, məntiqi anlamıram” Samir Abasov

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“Neftçi” Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində səfərdə “Qarabağ”a 0:3 hesabı ilə məğlub olub.

“Qafqazinfo” xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Niyə məğlub olduz, niyə qol vura bilmədiz?

- Qol vurmaq üçün imkanlarımız oldu. Qapının içindən də vura bilmədik. Rəqibin fürsətləri bizdən daha çox idi. Əsas məsələ niyə qol buraxmağımızdır. Hər oyunda davam edən proseslərdir. Heyətdə həddindən artıq rotasiyalara əl atmışdıq. Bu da məlum məsələdir. Kuboku düşünürdük. Zədələr böyük problemə çevrilib. Oyuna yaxşı başlamışdıq. Bu mövsüm başımızın bəlası fərdi səhvlərdir. Bu da ard-arda qollara gətirib çıxardı. Belə şeylər futbolda olur.

- “Neftçi” Azərbaycan derbisində 4 ildir “Qarabağ”a qalib gələ bilmir. Bu durumu necə şərh edərdiniz?

- Bəli, Azərbaycan derbisidir. Bizi, “Neftçi”ni istəyən insanları anlamaq olar. Fərqi yoxdur 3-4 gündən sonra kubok matçı oynayırsan, heyətində zədəlilər var. Bu, derbidir və qalib gəlməlisən. Onları başa düşürəm. Cavab olaraq söz tapa bilmirəm.

- Murad Məmmədova son oyunlarda az şans verməyinizin səbəbi nədir?

- Oynadığı pis oyunlardan sonra özünə gələ bilmir. Biz onu pis oynadığına görə silməmişik. Son vaxtlar Muradı məşqlərdə tanıya bilmirik. Onu ümumiyyətlə silmək fikrimiz yoxdur. Düzünü desəm, Aleksin yerinə Muradı oyuna buraxmaq istəyirdim. Rəhman zədələndiyi üçün Elcan Əbilovu oyuna saldıq. Murad güvəndiyim futbolçudur.

- Bu mövsüm üçün “Zirə”, “Araz-Naxçıvan”, “Turan Tovuz” “Qarabağ”ı məğlub edib. Avrokuboklara getmək istəyən “Neftçi” 4 oyunun hamısında bu rəqibə uduzub. Sizcə, bu “Neftçi” avrokuboklara getməyə layiqdir?

- Avrokuboklara getmək üçün şərt ancaq “Qarabağ”ı udmaqdırsa, məntiqi anlamıram. 4 oyunu da mənim üzərimə yıxmayın. Son oyunda “Qarabağ”a qarşı yaxşı oynamışdıq. “Qarabağ”a uduzmaq o demək deyil ki, biz avrokuboklara getməyə layiq deyilik.

- Rafael Quzzonun zədəsi ciddidir?

- Xeyr, ciddi zədəyə oxşamır. Dizində toqquşma oldu. Özü əvəzlənmək istədi.

- Dembo Darbonu bu gün start heyətində oynatmağınızın səbəbi nə idi?

- O, 2 aydan çoxdur ki, zədə səbəbindən oynamırdı. “Sabah”la kubok matçından öncə ritmdə qalması üçün bu gün Darbonu start heyətində meydana buraxdıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Aprel 2025 23:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri