Icma.az
close
up
RU
Sertifikasiyada bütün fənlərə eyni cavablandırma müddətinin ayrılması ciddi narazılıq doğurur AÇIQLAMA

Sertifikasiyada bütün fənlərə eyni cavablandırma müddətinin ayrılması ciddi narazılıq doğurur AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sertifikasiya imtahanlarında texniki və humanitar fənlərə eyni vaxtın ayrılması müəllimlər arasında müzakirələrə səbəb olub.

Suallar çətindirsə, vaxt artırılmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirdi ki, sertifikasiya imtahanlarında bütün fənlərə eyni cavablandırma müddətinin ayrılması, məsələn, texniki və humanitar fənlər üçün vahid 120 dəqiqə vaxtın təyin edilməsi qiymətləndirmə sistemində struktur probleminin olduğunu göstərir:

"Bu məsələ sadəcə texniki qərar deyil, müəllimlərin biliyinin obyektiv ölçülməsi və ədalətli qiymətləndirilməsi prinsiplərinə birbaşa təsir göstərən mühüm pedaqoji və metodoloji problemdir. Hal-hazırda bu yanaşma müəllimlər arasında ciddi narazılıq doğurur və təhsilin keyfiyyətinin qiymətləndirilməsində etimadsızlığa səbəb olur.

Texniki fənlərdə – xüsusilə riyaziyyat, fizika, kimya və informatika sahələrində sualların cavablandırılması üçün daha çox analitik düşüncə, ardıcıl mərhələlər, qaralama və yoxlama prosesi tələb olunur. Bu fənlərdə sualın cavabı təkcə biliklə deyil, məntiqi quruluş, modelləşdirmə və nəticəyə aparan çoxpilləli yanaşma ilə formalaşır. Humanitar fənlərdə, məsələn, Azərbaycan dili, ədəbiyyat, tarix və coğrafiyada isə sualların əksəriyyəti məlumat və mətn analizi üzərində qurulur, cavablandırma prosesi daha çox oxuma və anlamaya əsaslanır. Buna görə də hər iki fənn qrupu üçün eyni vaxt limiti qoyulması real tələblərlə uzlaşmır.

Elm və Təhsil Nazirliyinin 2024-cü ildə keçirdiyi sertifikasiya imtahanlarının təhlilinə əsasən, texniki fənn müəllimlərinin 38%-i imtahan suallarının 15-20%-ni vaxt çatışmazlığı səbəbilə cavablandıra bilmədiyini bildirib. Bu göstərici humanitar fənn müəllimləri arasında isə yalnız 11%-dir. Bu, həm sualların mahiyyəti, həm də imtahan dizaynının uyğunlaşdırılmamasının nəticəsidir".

Ekspert qeyd etdi ki, belə bir yanaşma müəllimlərin göstəricilərinə birbaşa təsir edir, nəticədə əməkhaqqı artımında haqsızlıq və etimadsızlıq yaranır:

"Əmək Məcəlləsinin 67-ci maddəsinə və “Təhsil haqqında” Qanunun 5.2-ci bəndinə görə, hər bir təhsil işçisinin bilik və bacarığı ədalətli və bərabər şərtlərlə qiymətləndirilməlidir. Amma “bərabərlik” anlayışı burada eyni vaxt və ya eyni sual sayı deyil, eyni imtahan şəraiti və şərtlərinə uyğunlaşdırılmış fənn-spesifik yanaşma kimi başa düşülməlidir. Əgər hər bir fənnin tələbi fərqlidirsə, imtahanın quruluşu və müddəti də buna uyğun dizayn edilməlidir. Bu, həm pedaqoji, həm də hüquqi baxımdan qiymətləndirmənin etibarlılığını artırır.

Dünya təcrübəsi də bu istiqamətdə fərqli yanaşmaların mövcudluğunu göstərir. Məsələn, Sinqapur və Cənubi Koreyada müəllimlərin sertifikasiya imtahanlarında fənnə görə fərqli vaxt bölgüsü tətbiq olunur: riyaziyyat və fizika fənləri üzrə 180 dəqiqə, ədəbiyyat və tarix üzrə isə 120 dəqiqə vaxt ayrılır. Eyni zamanda, texniki fənlərdə cavabların strukturlaşdırılması üçün qaralama kağızları, kalkulyator, formul cədvəlləri təqdim olunur. Bu yanaşma müəllimin biliyini və tədrisə hazırlığını real göstəricilərlə qiymətləndirməyə imkan verir. Beləliklə, formal vaxt limiti yox, fənnin tədris hədəfi əsas götürülür.

Azərbaycan təcrübəsində isə bu məsələnin hələ də təkmilləşdirilməyə ehtiyacı var. Müəllimlərin tədris etdiyi fənnin xüsusiyyətləri, sualın təbiəti, cavablandırma strategiyaları və vaxt istifadə imkanları nəzərə alınmadan vahid müddət tətbiq edilməsi kütləvi etirazların əsas səbəblərindən biridir. Bu etirazlar isə sistemin legitimliyinə mənfi təsir göstərir".

Müsahibimiz bildirdi ki, dəyişikliklərin effektiv ola bilməsi üçün ilk növbədə fənlər üzrə ayrı-ayrı texniki təhlil aparılmalı, sual növlərinin cavablandırma müddətinə təsiri ölçülməli və bu nəticələr əsasında fənn-spesifik imtahan müddətləri müəyyən edilməlidir.

"Əgər bu addımlar atılarsa, qiymətləndirmə daha obyektiv olar, nəticələr isə müəllimin real bacarığını əks etdirər. Eyni zamanda, imtahanın çətinlik səviyyəsi ilə vaxt limiti arasında balans qorunmalıdır. Əgər suallar mürəkkəbdirsə, bu zaman vaxt artırılmalı və ya sual sayı optimallaşdırılmalıdır. Əks halda, sertifikasiya müəllimləri sıralamaq yox, sistemdən uzaqlaşdırmaq alətinə çevrilər.

Bu dəyişikliklər həyata keçirilərsə, nəticədə sertifikasiya imtahanlarına inam artar, müəllimlər öz bilik və bacarıqlarını daha rahat sərgiləyə bilər, sistem isə ədalətli və funksional qiymətləndirmə mexanizminə çevrilər. Təhsil sisteminin əsas dayağı olan müəllimin zəhməti obyektiv ölçülməzsə, təhsildə keyfiyyətin artmasından danışmaq mümkün deyil", - deyə Kamran Əsədov vurğuladı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 İyul 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see218

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see197

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see177

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see176

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see155

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see145

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see136

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see131

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see130

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri