Icma.az
close
up
RU
Sertifikasiyadan kəsilən müəllimlər direktor kimi fəaliyyət göstərə bilərlər?

Sertifikasiyadan kəsilən müəllimlər direktor kimi fəaliyyət göstərə bilərlər?

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Bir neçə gündür, sosial mediada sertifikasiyadan kəsilən müəllimlərin məktəblərdə direktor kimi fəaliyyət göstərmək üçün imtahan verməsi məsələsi müzakirə edilir.

Müzakirələrdə bəzi müəllimlərin sertifikasiyadan kəsiləndən sonra onlara verilən bir illik möhlət ərzində direktorluğa namizəd olaraq imtahan verdikləri bildirilir.

Maraqlıdır, bəs görəsən, bir il müddətində sertifikasiyadan keçməyən müəllim direktor olaraq fəaliyyət göstərə bilərmi?

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan təhsil eksperti Elçin Əfəndi bildirib ki, şəxs direktorların işə qəbul imtahanlarında iştirak üçün müsabiqə şərtlərini ödəyərsə, lazımi göstəricini qazandıqdan sonra direktor olaraq fəaliyyətini icra edə bilər:

"Bu o deməkdir ki, şəxs artıq pedaqoji (müəllim) fəaliyyət göstərmək istəmir və direktor olaraq davam edəcək. Bu imkan şəxsə tanınır. Lakin şəxs direktor olduqdan sonra fənn müəllimi olaraq da işləmək istəsə, bu zaman onun həmin fənn üzrə sertifikasiya imtahanından keçməsi əsas şərtdir. Yalnız sertifikasiyadan keçdikdən sonra direktor olmaqla yanaşı, müəllim kimi də işləyə bilər. Direktorların sertifikatlaşdırılması prosesinə başlandığı təqdirdə şəxs tutduğu vəzifə üzrə sertifikasiyada iştirak edəcək".

Xatırladaq ki, təsdiq edilmiş qaydalara əsasən, direktor vəzifəsinə işə qəbul müsabiqəsində pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, beş ildən az olmayaraq pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər. Təhsilin təşkili və idarəolunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda üçillik təcrübə ilə də direktorluğa namizəd olmaq mümkündür.

Təhsil müəssisələrində müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar, həmçinin müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Lakin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilənlər, ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş, fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər. Həmçinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi etik davranış qaydalarını pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi bir il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Noyabr 2024 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see200

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see191

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see186

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see145

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see134

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see130

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see123

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see120

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri