Seru Qirassi Çempionlar Liqasında Levandovskini geridə qoydu
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
"Borussiya Dortmund" klubunun hücumçusu Seru Qirassi UEFA Çempionlar Liqasında möhtəşəm nailiyyətə imza atıb.
Moderator.az xəbər verir ki, turnirin əsas mərhələsinin ilk turu çərçivəsində "Vilyarreal"la keçirilən görüşdə fərqlənən forvard, turnirdə vurduğu qolların sayına görə komanda tarixində ən çox qol vuran ikinci futbolçu statusuna yiyələnib.
30 yaşlı futbolçu bu göstərici ilə sözügedən yarışda "Borussiya Dortmund" formasıyla 28 oyuna çıxaraq 17 dəfə rəqib qapılarına yol tapan məşhur Robert Levandovskini arxada qoyub.
Avropanın ən nüfuzlu klub turnirində özünün 25-ci oyununa çıxan Qirassi bu matçda 18 və 19-cu qollarını vurub.
Hazırda S.Qirassi məhsuldarlıq baxımından sadəcə klubun sabiq ulduzu Marko Roysdan geri qalır. Xatırladaq ki, sabiq yarımmüdafiəçi Çempionlar Liqasında meydana çıxdığı 72 qarşılaşmada düz 24 dəfə fərqlənməyi bacarıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 09 Sentyabr 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















