Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Naxçıvan, 7 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsinin əməkdaşlarının iştirakı ilə həyata keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı Şərur rayonu ərazisində yerləşən istehsal müəssisəsində istifadə müddəti ötmüş və dövriyyədən çıxarılmalı olan aksiz markaları ilə markalanmış alkoqollu içkilərin istehsalı, satışı və satış məqsədilə saxlanması faktları aşkar edilib.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, müvafiq sənədləşmələr aparılmaqla həmin mallar siyahıya alınıb və istifadə müddəti ötmüş aksiz markalarının dövriyyədən çıxarılması təmin olunub.
Faktla bağlı Dövlət Vergi Xidməti tərəfindən araşdırmalar aparılır.
Müxbir - Nail Əsgərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 07 Oktyabr 2026 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















