Icma.az
close
up
RU
Şərurli İsfəndiyar təhsilsiz rektor olacağını bildirir Bəs qanun nə deyir? AÇIQLAMA

Şərurli İsfəndiyar təhsilsiz rektor olacağını bildirir Bəs qanun nə deyir? AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çıxdığı verilişlərdə səsləndirdiyi fikirlərlə tez-tez gündəmə gələn, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov yenidən qalmaqallı açıqlaması ilə diqqət çəkib. İş adamı Bakıda tikdirdiyi məktəbdə rəsmi şəkildə rektor olacağını bildirib. Onun bu açıqlaması isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Xüsusilə aparıcının “Təhsili olmayan şəxs necə rektor ola bilər?” sualına Axundovun “Rektorun təhsilə nə dəxli var?” deyə cavab verməsi diqqət çəkib.

Digər maraqlı məqam isə onun söhbətini məktəbdə “rektor” vəzifəsində çalışacağından getməsi olub. Çünki ümumtəhsil məktəblərinə adətən direktor rəhbərlik edir, “rektor” vəzifəsi isə ali təhsil müəssisələrinin rəhbərləri üçün istifadə olunur.

Onun “universitet” əvəzinə “məktəb” demək istədiyini fərz etsək, maraqlı sual yaranır: Təhsili olmayan şəxs rektor ola bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirdi ki, Azərbaycan qanunvericiliyinə və beynəlxalq təcrübəyə əsasən, ali təhsili olmayan bir insanın universitet rektoru olması hüquqi, akademik və etik baxımdan qeyri-mümkündür:

"İş adamı İsfəndiyar Axundovun televiziya məkanında səsləndirdiyi "təhsilin rektorluğa aidiyyatı yoxdur, mən artıq əmr imzalamışam" fikri hüquqi reallığı əks etdirmir və tamamilə yanlışdır. Azərbaycan qanunvericiliyində hər bir təhsil müəssisəsinin rəhbəri üçün minimum ixtisas tələbləri mövcuddur. Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin vahid tarif-ixtisas sorğu kitabçasına görə, hətta sıravi bir məktəb direktoru üçün ali təhsil və pedaqoji staj tələb olunduğu halda, universitet rektoru üçün bu qaydalar qat-qat sərtdir. Rektor yalnız inzibati menecer deyil, həm də təhsil ocağının Elmi Şurasının sədridir. Bu səbəbdən rektor vəzifəsini tutacaq şəxsin mütləq ali təhsili, elmi dərəcəsi (fəlsəfə və ya elmlər doktoru) və elmi adı (professor və ya dosent) olmalıdır. Ölkədə fəaliyyət göstərən dövlət universitetlərin rektorları yalnız dövlət başçısının sərəncamı ilə təyin edilir. Özəl universitetlərə münasibətdə Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa əsasən, özəl ali təhsil müəssisələrində rektoru universitetin təsisçisi (və ya Qəyyumlar/İdarə Heyəti) seçir və təyin edir. Təsisçi təyin etdiyi şəxslə əmək müqaviləsi bağlayır, lakin bu təyinat Elm və Təhsil Nazirliyində rəsmi qeydiyyata alınmalıdır".

Müsahibimiz həmçinin vurğuladı ki, özəl universitetin sahibinin (təsisçisinin) istədiyi şəxsi rektor təyin etmək hüququ olsa da, o, bu seçimi yalnız qanunvericiliyin müəyyən etdiyi kriteriyalara cavab verən şəxslər arasından etməlidir:

"Şəxsin binasını tikdiyi obyektdə özbaşına "rektor" əmri imzalaması hüquqi qüvvəyə malik deyil. Şərurlu İsfəndiyar və ya hər hansı digər ali təhsili olmayan iş adamı universitet və ya məktəb tikibsə, o, hüquqi olaraq ya təsisçi, ya da Qəyyumlar Şurasının sədri statusunda ola bilər. Təsisçi (İnvestor) müəssisənin sahibidir, gəliri idarə edir, maliyyə qərarlarını verir. Qəyyumlar Şurasının sədri isə universitetin ümumi inkişaf strategiyasını müəyyənləşdirir, lakin tədrisə qarışmır. İsfəndiyar Axundovun bəhs etdiyi obyekt isə əslində universitet deyil, özəl məktəb-bağça kompleksidir və o, burada yalnız təsisçi və ya investor statusu daşıya bilər. Beynəlxalq təcrübə də bu məsələdə eyni dərəcədə sərtdir. Dünyanın qabaqcıl təhsil sistemlərində universitet rektorundan mütləq şəkildə fəlsəfə doktoru dərəcəsi və professor elmi adı tələb olunur. Qərb universitetlərində tətbiq edilən "İkiqat İdarəetmə Modeli" çərçivəsində, universiteti maliyyələşdirən investor və ya biznesmen yalnız İdarə Heyətinin Sədri olaraq strateji və maliyyə məsələlərinə baxa bilər.

Lakin tədris və elmi idarə edən rektor mütləq qaydada alimlik dərəcəsinə malik bir şəxs olmalıdır. Üstəlik, beynəlxalq akkreditasiya agentliklərinin standartlarına görə, təhsil müəssisəsinin rəhbər heyəti idarə etdiyi proqramlardan daha yüksək elmi dərəcəyə malik olmalıdır. Ali təhsilsiz rəhbəri olan bir universitetin diplomları dünyada tanınmaz və lisenziyası dərhal ləğv edilər. Akademik etika baxımından alimlik dərəcəsi olmayan, universitet mühitini daxildən tanımayan bir şəxsin elm adamlarına və professorlara rəhbərlik etməsi ali təhsilin fəlsəfəsinə tamamilə ziddir və beynəlxalq arenada ciddi imic itkisidir".

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Avqust 2026 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri